"Metropoliten" "Azəravtoyol"un yalanını üzə çıxardı: "Yolun çökməsi bizlik deyil"

"Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində baş vermiş çökmə metro tikintisi ilə bağlı deyil”.

Bu, "Bakı Metropoliteni” QSC-nin açıqlamasında qeyd edilib.

Qurumdan bildirilib ki, hadisə ilə əlaqədar "Bakı Metropoliteni”nin nümayəndələri çökmə yerinə keçirilən baxış prosesində iştirak edirlər:

"Məlumat üçün bildirək ki, Cəlil Məmmədquluzadə küçəsində yerləşən və şərti adı "B-04” olan metro stansiyasını "B-03” stansiyası ilə birləşdirən tunellərin inşası 2016-cı ilin yanvar ayında başa çatdırılıb. Həmin ərazidə inşa olunan "B-04” stansiyasının inşaatında isə yalnız ilkin mərhələnin işləri aparılır və çökməyə səbəb ola bilməz.

Metro stansiyasının tikintisi üçün inşaat meydançası ayrılaraq hasara alındığı, həmçinin hazırlıq işləri başlandığı dövrdə ərazidə səlahiyyətli qurumlar tərəfindən kommunikasiya xətləri və digər məsələlərlə bağlı müvafiq işlər də aparılıb.

Bütun bunları nəzərə alaraq, çökmə metro inşaatı ilə əlaqələndirilə bilməz”, - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bu gün səhər saatlarında baş verən çökmənin səbəbini ərazidə metro çəkilişi ilə əlaqələndirib

Oxşar xəbərlər