2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun “Sahil” stansiyasının bu il iyulun 1-də təhvil veriləcəyi bildirilsə də, stansiyanın sərnişinlərin ixtiyarında daha tez olacağı gözlənilir.
Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, artıq köhnə eskalatorların sökülməsi və yenilərinin quraşdırılması başa çatdırılıb:
“Əvvəlcədən stansiyanın iyulun 1-də açılacağını bildirmişdik. Hələlik dəqiq vaxt bilinməsə də, işlər sürətləndiyindən “Sahil” stansiyasının iyulun 1-də deyil, daha tez açılacağını deyə bilərəm.
Hazırda işlər davam etdirilir. Sökülmüş "LT-3" tipli 3 eskalatorun əvəzinə, Almaniyanın "Thyssen Krupp" şirkətinin istehsalı olan "Viktoriya" tipli 4 yeni avadanlıq quraşdırılıb. Bu stansiyada da dörd eskalatorun quraşdırılmasında əsas məqsəd birçıxışlı və gur sərnişin axını olan stansiyada metro istifadəçilərinin daha operativ və rahat enib-qalxmasını təmin etməkdir.
Quraşdırma işləri iki mərhələdə yerinə yetirilib. Hər mərhələdə iki eskalator quraşdırılıb. Hazırda eskalatorların sazlanıb. İşlər çərçivəsində pillə zolaqları və digər elementlər bərkidilib, müvafiq tələblərə uyğunlaşdırılıb. Bu işlərə paralel olaraq, eskalator üzərində işıqlandırma sistemi qurulub.
N.Paşayev bildirib ki, stansiyada son işlər görülməkdədir:
“Stansiya yolu, yol divarları və orta zalda divarların qranit örtüyünün vurulmasına başa çatmaq üzrədir. Eyni zamanda, platformaaltı sahə tamamilə yenidən qurularaq, müvafiq infrastruktur yenilənib və müasir tələblərə uyğun şərait yaradılıb, havalandırmanın normal təminatı məqsədilə tədbirlər görülüb”.
Qeyd edək ki, “Sahil” stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir. Hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.