Bu gün gecə saatlarında “Azərenerji” ASC-nin Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İES-də baş verən qəza Naxçıvan istisna olmaqla, ölkənin digər iqtisadi ərazilərinin elektrik enerjisiz qalmasına gətirib-çıxardı. Zəncirvari olaraq digər kommunal xidmətlərin də təhcizatında fasilələr yarandı.
Rəsmi açıqlamaya görə, qəzaya səbəb ölkə ərazisində temperaturun yüksək olması və elektrik enerjisinə olan tələbatın kəskin artmasıdır. Hansı ki bunun nəticəsində elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.
Qeyd edək ki, Mingəçevirdə yerləşən “Azərbaycan” İES 1981-ci ildə istifadəyə verilib. Stansiya 2400 MVt gücündədir. “Azərbaycan” İES Cənubi Qafqazda ən iri elektrik stansiyasıdır.
Stansiya hər birinin gücü 300 meqavat olan səkkiz blokdan ibarətdir. Hazırda respublikamızda istehsal edilən elektrik enerjisinin 50 faizə qədəri bu stansiyanın payına düşür.
Rəsmi hesabatlara görə, 2007-ci ildən başlayaq müxtəlif illərdə İES bloklarında təmir işləri aparılıb. Müvafiq qurum rəhbərliyinin mətbuatdakı açıqlamalarına əsaslansaq, görülmüş tərdbirlər nəticəsində bu İES ən ekstremal təbii şəraitdə, yüklənmədə əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək gücündə olmalıdır.
Lakin təcrübə göstərdi ki, elektrik avadanlıqları cəmi iki gün temperaturun normadan yüksək olması nəticəsində yaranmış yüklənmələrə tab gətirmədi. Önəmlisi də odur ki, qəzanın baş verdiyi İES 1-ci və 6-cı enerji bloku (bu bloklar enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür) təmir edilib.
Daha bir məqam, “Azərbaycan” İES istehsal gücünün ildən-ilə artırmasıdır. Rəsmi məlumatlara görə, 2017-ci ilin 9 ayında İES 6 milyard 286,4 milyon kVt/saata yaxın elektrik enerjisi istehsal edib.
Bu da 2016-cı ilin eyni dövründəki göstəricidən 1 milyard 547,3 mln. kVt/saat artıqdır. Bu rəqəmlərə əsaslansaq, 40 faizdən artıq yüklənmə (http://www.azerenerji.gov.az/index/page/1470/1/) İES üçün partlayışla nəticələnməməli idi.
Başqa tərəfdən, “Azərenerji” ASC büdcənin ən iri investisiya qoyuluşlarının yönəldildiyi müəssisədir. 2005-ci ildən 2014-cü ilə qədər dövlət büdcəsindən ASC-yə 1 milyard 132 milyon manat investisiya yönəldilib. Eləcə də, ASC 2010-cu ilə qədər 1,45 milyard dollara yaxın xarici kredit cəlb edib.
“Fitch” agentliyinin hesabatına görə, bu rəqəm 2015-ci ilin sonuna 2,4 milyard manata yüksəlib. Bu maliyyə vəsaitlərində İES-lərin təmirinə, texniki avadanlıqlarının yenilənməsinə sərf olunan xərclərin də payı var.
"Ölkə.Az" xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirdi ki, kommunal xidmətlərin satışının idarəetməyə verilməsinə ehtiyac var:
“Son illərin təcrübəsi göstərir ki, Azərbaycanda kommunal sistem sahəsində mühüm islahatlara ehtiyac var. Belə ki, indiki halda kommunal sektorun müxtəlif sahələrinə cavabdeh olan qurumlar işlərinin öhdəsindən elə də səmərəli və keyfiyyətli şəkildə gələ bilmir.
Xüsusən qış aylarında həmin sahələrə tələbat xeyli artır. Amma buna baxmayaraq, təminat sahəsində ciddi irəliləyişlər gözə çarpmır”.
V.Bayramov deyir ki, enerji satışı idarəetməyə verilərsə, daha keyfiyyətli xidmət həyata keçirilər:
“Bu, dövlət vəsaitlərinə qənaət edilməsi baxımdan da vacibdir. Kommunal xidmətlər subsidiya alan sektordur. Bu sektora birbaşa və dolayı subsidiyalar edilir.
2013-2016-cı illərdə komunal xidmətlər göstərən qurumların cəlb etdikləri kreditlərin həcmində artımlar var. Bu sahənin idarəetməyə verilməsi kreditlərin həcminin azaldılması baxımından da vacibdir.
Başqa tərəfdən, kommunal xidmətlərin özəl sektora verilməsi sahənin modernləşdirilməsi, yeni texnologiyaların, innovasiyaların cəlbi baxımından vacibdir. Xüsusən inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, şirkətlərin prosesə cəlbi yeni texnologiyanın transferinə imkan yaradır.
Onlar yeni texnologiyadan istifadə etməklə yeni sistem qururlar. Son hadisə göstərdi ki, kommunal xidmətlərin idarəetməsində dövlətdən özəl idarəetməyə keçidə ehtiyac var”.