Bakıda klinikanın önündə kişi can verdi — Kömək etməyə həkim tapılmadı (VİDEO)

Bakıda klinikanın önündə kişi can verdi — Kömək etməyə həkim tapılmadı (VİDEO) Bakıda 20 Yanvar metrosunun yaxınlığında yaşlı kişi dünyasını dəyişib.
AZXEBER.COM xəbər verir ki, məlumat verən hadisə şahidinin sözlərinə görə, hadisə Yasamal rayonu ərazisində yerləşən "Yeni Med" klinikasının qarşısında baş verib. 50 yaşlarında olan kişinin klinikanın önündə ürəyi dayanıb. Məlumata görə, vətəndaşlar dəfələrlə klinikadakı həkimlərə kömək etmələri üçün çağırış etsələr də, klinikada ona yardım etməyə həkim tapılmayıb.

Vətəndaşlar özləri ürəyi dayanan kişiyə ilkin tibbi yardım göstərməyə çalışıblar. Ancaq bunun da fayda vermədiyini görüb təcili tibbi yardıma zəng ediblər. Ancaq təcili tibbi yardım maşını da hadisə yerinə gəlməyib. Nəticədə vətəndaşlar özləri onu yaxınlıqdakı Respublika Klinik Xəstəxanasına aparıblar. Ancaq yaşlı kişi yolda keçinib.
Məsələ ilə bağlı hadisənin baş verdiyi ərazidə yerləşən "Yeni Med" xəstəxana ilə əlaqə saxladıq.

Xəstəxana əməkdaşı açıqlamasında hadisənin baş verdiyini təsdiqləyib:

"Bəli, belə bir hadisə baş verdi. Biz geniş təchizatlı xəstəxana deyilik. Bura polikilinika tipli yerdir. Hazırda mərkəzdə həkim olmadığı üçün biz özümüz - tibb bacıları yardım etməyə çalışdıq. İlkin tibbi yardım zamanı vətəndaş artıq keçinmişdi. Onun nəbzi atmırdı. Biz bundan sonra təcili tibbi yardıma zəng etdik. Bilirsiniz ki, əgər ölüm faktı varsa bu zaman təcili tibbi yardıma zəng etmək lazımdır. Bundan sonra bəzi qəzəbli vətəndaşlar bizim mərkəzə hücum çəkdilər. Xəstənin həyat yoldaşı da hadisə yerinə gəldi. O, həyat yoldaşının ona zəng edərək ürəyində ağrılar olduğunu və buna görə xəstəxanaya getdiyini deyibmiş".

Həmin görütüləri təqdim edirik:


Oxşar xəbərlər