Şərur rayonundan olan Azərbaycanın tanınmış iş adamı İsfəndiyar Axundov 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra Azərbaycan Ordusu tərəfindən azad edilməsinə münasibət bildirib.
İş adamı "Ölkə.Az"a açıqlamasında Günnüt kəndinin işğaldan azad olunmasına görə çox xoş hisslər keçirdiyini deyib.
"Çox sevinirəm ki, Azərbaycan Milli Ordusu növbəti dəfə bizə qələbə yaşatdı. İş adamı kimi çox istərdim ki, gedib həmin ərazilərdə iş görüm. Heç olmasa 26 ildə çəkdiyimiz o acıların bu gün ləzzətini dadaq. Bu gün biz sevinirik, amma düşmən çox məyusdur. Bir vaxtlar isə biz məyus idik, onlar kef çəkirdi.
Sağ olsun ki, Ali Baş Komandanımız cənab İlham Əliyev bizə bu sevinci yaşatdı".
İ.Axundov Azərbaycanın həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan işğalçı Ermənistandan qat-qat güclü olduğunu söyləyib:
"Azərbaycan dövlətinin apardığı siyasət çox güclüdür. Biz tam inanırıq ki, Qarabağı da qarış-qarış olsa belə düşməndən azad edəcəyik. Çünki o torpaqlar bizə məxsusdur, orada bizim ulu babalarımızın məzarları var. Görürsünüzmü, işğaldan azad olunan Günnüt kəndinə də insanlarımız axışır, öz dədə-babalarının məzarlarını ziyarət edirlər. Halbuki, dünənə qədər hamımız o yerlərə həsrətlə baxırdıq. Bu gün bizim üçün bundan böyük sevinc ola bilməz. İnşallah mən də gedib o əraziləri ziyarət edəcəm və Günnüt kəndində nə isə iş görəcəm. İş adamı kimi mütləq orada bir iş quracam ki, insanlar çalışsınlar".