İntiqam Valehoğlu
Polis bölməsi. Yuxarı başda mayor əyləşib, iki nəfər 30-35 yaşlı cavan oğlan isə boyunlarını bükərək oturublar. Kamera işə düşən kimi növbəylə "Kərimdən və ailəsindən üzr istəyirik" deyirlər. Görünən budur ki, müğənni Kərimi və ailəsini sosial şəbəkədə təhqir ediblər. Üzr istəyənlər qrupu çıxışını başa vurur və kamera Kərim tərəfə fırlanır. Müğənni gözündə gün eynəyi, ayaq-ayağın üstündə çıxışa başlayır:
"Heç kəsin balasını alçaltmaq fikrim yoxdur. Sadəcə, niyyətim odur ki, heç kəs heç kəsi söyüb təhqir etməsin. Azərbaycan Respublikası bir ailədir. 9-10 milyon əhalimiz var. Bir birimizə can deyib, can eşitsək, lap əla olar. Bu gündən sonra təhqir edənlərin aqibəti bundan da pis olacaq. Bu həm də mənim sənət dostlarımın əvəzini çıxmaq idi".
Yəqin ki, çoxlarınız bu görüntüləri görmüsünüz. Kim nə düşünüb, bilmirəm, amma şəxsən mən utandım. Doğrudanmı Kərimi sosial şəbəkədə izləmək və təhqir etmək bu qədər vacibdir? Doğrudanmı Kərim polis bölməsində gözündə gün eynəyi, ayağını ayağının üstünə aşırıb kimlərəsə üzr istədə bilər? Gerçəkdənmi istənilən vətəndaş polis bölməsində çəkiliş aparmaqda bu qədər sərbəstdir. Yeri gəlmişkən, çəkilişi Kərim yox, çox güman ki, köməkçisi, dostu, əmisi oğlu aparır. Ancaq hər kimdirsə, o da bölmədədir və rahatca çəkiliş apara bilir. Hansımız polis bölməsində o tərzdə otura, o cür çəkiliş edə bilərik? Gerçəkdənmi mayor rütbəsi daşıyan həmin şəxs hər kəsə qarşı belə nəzakətlidir? Burası belə...
İndi keçək üzrxahlıq edən həmin şəxslərə. Təbii ki, heç kimi təhqir etmək olmaz. Əgər təhqir etmisənsə, arxasında durmağı bacarmalısan. Gəlib bölmədə "içkili olmuşam", "mənim telefonumdan təhqir yazıblar" kimi bəhanələr gətirmək, boyun bükmək ayıb deyilmi? Videoya diqqətlə baxın, Kərim üzristəyənlər qrupundakı oğlanların yarısı boydadır. Ancaq üzündə əminlik, özgüvən var. Nəyin və kimin hesabınadır, əslində, bunu Kərim və həmin mayor bəlkə çox yaxşı bilir. Biz bilməsək də olar.
Deyə bilərsiniz ki, təhqir edib. Bəli, razıyam. Təhqir etmək olmaz. Ancaq əgər işlədilən ifadələr bir kəlməylə bağışlana bilirdisə, o insanları elə alçaltmağa nə lüzum vardı? Yox, əgər bağışlanacaq səhvləri yox idisə, Kərim onları niyə bağışladı? Bağışlamamalıydı! Doğrudanmı bir müğənni bu qədər böyük səlahiyyət sahibidir? Bəlkə Kərim Daxili İşlər Nazirliyində səlahiyyət, rütbə, vəzifə sahibidir, sadəcə, biz bilmirik.
Bu ölkədə fahişəlik deyiləndə yada müğənnilik düşür, yalan danışmaq, qalmaqal, saçyoldu, kişinin kişiyə tamah salması deyəndə ilk yada düşən müğənnilər olur. Hər halda ən azı ön sıranı bu zümrədən olanlar neçə illərdir əllərində saxlayırlar. Bir-birinin çörəyinə bais olmaqdan tutmuş, ən pis işlərə qədər hamısında müğənnilərin "payı" var. Bu cümlələrə görə istənilən şəxslə istənilən formada mübahisə və müzakirəyə hazıram. Eləcə də Kərimin özü bu yazıya görə zəng vurub, fikrini deyə bilər. Hərçənd ki yazını yazmazdan öncə zəng vurdum, cavab vermədi. Kərim deyir ki, bunu etməklə sənət yoldaşlarının əvəzini çıxıb. Nəyin əvəzini? Kimin əvəzini? Qadın alverində adı hallanan, kişi cinsi ola-ola kişiyə tamah salan, min hoqqadan çıxan sənət yoldaşlarının əvəzini? Bax bunları açıqlasa, əla olar. Elə mənim özümə də zəng vura bilər.
Mənbə: olke.az