Şou aləmində QALMAQAL yenidən alovlandı: "Şeytanın əmisi oğludur"

Şou aləmində QALMAQAL yenidən alovlandı: Müğənni Rəhim Rəhimli ilə həmkarı Kərim Abbasov arasında olan qalmaqal yenidən alovlanıb.

Lent.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan K.Abbasov müğənni Niyam Salami ilə küsülü olmasının əsl səbəbkarı kimi R.Rəhimlini göstərib:

“Rəhim bu aləmdə elə fiqurdur ki, bir şeytandır. Deyərdim ki, şeytanın əmisi oğludur. Aygün Kazımova mənə dedi ki, Rəhimlə işin olmasın. Mən də ona söz verdim kİ, işim olmayacaq. Ona görə də barəsində çox söz deyə bilmirəm. O, Niyamla mənim aramı vurdu. Niyama başqa, mənə isə tamam başqa sözlər çatdırırdı. Əslində hər şeyi də düzüb qoşan özü idi. 4 il idi kİ, Niyamla aramda inciklik var idi. Mənim sənətim var, bu aləmdə adım var. Kim məndən inciyibsə, özü bilər. Bir insan mənim üçün önəmsizdisə, onun barəsində danışa bilmərəm. O insan bir yapışqandır. Bir gün mənə, bir gün Aygünə, o biri gün Röyaya, digər gün də Niyamdan yapışır. Mənə zəng edib evinə çağırırdı. Elə söhbətlər danışırdı ki... Mən də əkizlər bürcüyəm, özümdən tez çıxırdım. Deyirdim ki, bunlar Niyamla dostdularsa, demək bu söhbətlər düzdü. Niyam da bir az aqressiv idi. Amma insanlıq deyilən bir şey var. Hamını bir-birinə vur, özünü də hamıdan aslı et. Özünü ortada fiqur kimi göstərir. O, ingilis bayrağıdır, bilinmir hara əsir. Gələndən Nazənin xanım deyir ki, danışma, sakit otur. Ağzım orucdur, çox danışmayacam. Allah şeytana lənət eləsin. Maqazin proqramlarında dediyim sözlərə görə Niyamdan üzr istədim. İstəməli idim də”.



N,Samai də K.Abbasovla küsülülüklərindən danışıb: “Belə bir deyim var ki, Allah keçəndisə, mən niyə keçməyim? Bu söhbəti onlar bu səviyyəyə gətirdilər. Kərimin bu cür söz deməsinə onlar vasitəçi oldu. Mən hər zaman efirə çıxanda demişəm ki, kaş hamının onun həyat yoldaşı kimi yoldaşı olsun. Kərim, sən mənə söz deyəndə düşünmədin ki, xanımın mənə Niyam qardaş deyir”.

Oxşar xəbərlər