Orta məktəbdə şagirdlərin məmur oğluna məxsus hazırlıq kursuna aparılması münaqişəyə səbəb olub. Jurnalistlə hazırlıq kursunun rəhbərinin mübahisəsi sonda ölümlə hədələmə dərəcəsinə qədər gərginləşib.
Jurnalist Murad Musayev Criminal.az saytına açıqlamasında bildirdi ki, münaqişə bir neçə gün öncə Ağdaş rayon Qaradağlı kənd orta məktəbində təhsil alan bacısı uşaqlarının hər birindən hazırlıq kursu üçün 3 manat yiğılmasından başlayıb.
M.Musayev iddia edir ki, şagirdlərdən ''sınaq imtahanı'' adı altında pul yığılması gəlir əldə etmək üçün məqsədli plandır: ''Bacım qızı mayın 27-də "sınaq imtahandan” qayıtdıqdan sonra imtahan kitabçasına baxdıqda gördüm ki, imtahan Ağdaş rayon təhsil şöbəsinin müdiri Hürü Əliyevanın oğlu Rəhman Cəfərlinin rəhbərlik etdiyi "Dilək kursları”nda təşkil olunub. Belə olan halda imtahan vərəqəsinin şəklini də çəkib sosial şəbəkədə paylaşım etdim. Bu paylaşmı görən kurs rəhbəri mənə whatsapp sosial şəbəkə vasitəsi ilə ünvanıma nalayiq söyüşlər söyməyə, hədə-qorxu mesajları şərəf ləyaqətimi alçaldan söyüşlər söydü. Onu bir neçə dəfə etikaya dəvət etsəmdə onun kurs rəhbəri olduğunu və özünü tutduğu vəzifəyə layiq aparmağını söyləsəm də, o söyüş və təhqirlərə davam etdi''.
''O əsəbi vaxtımda qabağıma çıxsaydı məhv edərdim''
Rəhman Cəfərov Criminal.az saytına bildirdi ki, M.Musayevlə münaqişəsi onun rəhbərlik etdiyi kursa qarşı qərəzli olmasıdır: ''Anam rayon təhsil şöbəsinin müdiridir. Biz məktəblərə məlumat veririk, sınaq imtahanları keçiririk. Sınaq pulu adından pul yığılması ilə razılaşmıram. Muradla mesajlarım isə şəxsi yazışmalarımdı. O əsəbi vaxtımda qabağıma çıxsaydı məhv edərdim. Mesaj da yazmışam ki, gəl söhbət edək. Muradın aramızdakı yazışmalarımızı mətbuata ötürməsi düzgün deyil. Mən ondan şikayət edəcəm ki, müəllif hüququm var, məndən icazəsiz mesajlarımı göndərir sizə. Yazdığım mesajı düz yazmışam. Dilək kurslarının qanunsuz olduğunu yazır. Amma bizim kurslar qanuni fəaliyət göstərir. Məktəb direktorlarına təzyiq etmirəm. Kimin pulu yoxdursa sınağa gəlməsin, məcburi deyil''.
Şöbə müdiri: Siz istintaq edirsiniz məni?
Təhsil Şöbəsinin müdiri Hürü Əliyeva Criminal.az saytına bildirdi ki, şagirdlər hazırlıq kurslarına könüllü şəkildə gedirlər. Onların məcburi şəkildə aparılması yalandır. Şöbə müdirinin sözlərinə görə, hazırlıq kurslarına elanların məktəblərdə paylanması qadağandır: ''Ağdaşda bir neçə tədris mərkəzi var. Mənim oğlumun kursu ilə üzbəüz olan mərkəzə daha çox adam gedir. Elan verilir, şagirdlər də xəbər tutub gedirlər. Uzağı məktəbin qapısında şagirdlərə məlumat verilir. Uşaqlar dərsdən sonra sınağa gedirsə bunun nə ziyanı var ki?''.
Oğlunun jurnalisti ölümlə hədələməsinə gəlincə H.Əliyeva bildirdi ki, kimin Rəhmandan şikayəti varsa məhkəməyə müraciət etsin: ''Rəhman heç kimə zəng etməyib, heç nə yazmayıb. Kimsə yəqin onun adından yazıb. Hesab edirəm ki, bu quramadır. Siz istintaq edirsiniz məni? Çox şikayətçi ola bilər. Mən də kimdənsə şikayət edə bilərəm. Getsin məhkəmədə problemini həll etsin''.