Nazirlik Əvəz Şükürovun qardaşını yol verdiyi nöqsanlara görə vəzifəsindən azad etdi – İmişlidə

Nazirlik Əvəz Şükürovun qardaşını yol verdiyi nöqsanlara görə vəzifəsindən azad etdi – İmişlidə O da iddia edilirdi ki, Əvəz Şükürovun oğlu Bayram Şükürov MTN-nin tabeliyindəki hərbi hissələrdən birində xidmət etsə də, general Mövlan Şixəliyev onu özünün köməkçisi statusunda yanına gətiribmiş.

Ölkə Prezidentinin sədrliyi ilə Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair sonuncu respublika müşavirəsindən sonra bəzi rayonlarda, o cümlədən də, İmişlidə epizodikdə olsa dəyişiklik edilib. Əslində isə Prezident İlham Əliyevin də müşavirədə söylədiyi kimi “gələcəkdə öz işlərini düzgün qurmaq üçün nəticə çıxarmağa” cəhd olunub. Rayondakı mənbədən Conflict.az-a daxil olan məlumata görə Bərdə müşavirəsindən sonra “İmişli Pambıq” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi Kənd Təsərrüfatı nazirinin müvafiq əmri ilə vəzifəsindən azad edilib.

Oxucuların diqqətinə çatdıraq ki, bu quruma əslən İmişli rayonundan olan, ölkədə “tikinti kralı” kimi tanınan Əvəz Şükürovun qardaşı Məcnun Şükürov rəhbərlik edirdi. Mənbənin bildirdiyinə görə Məcnun Şükürov işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilib. Xatırladaq ki, Məcnun Şükürovun qardaşı Əvəz Şükürovda zaman – zaman müxtəlif mövzulu məsələlərlə bağlı medianın gündəminə gəlir.

Bir neçə il öncə adı, hal – hazırda həbsdə olan sabiq Səhiyyə naziri Əli insanovun cinayət işində keçdiyi iddia edilən Əvəz Şükürovla bağlı son məlumatlar ölkə Prezidentinin müvafiq Fərmanı ilə ləğv edilən “MTN işi”ndə də, hallandı. Belə ki, Əvəz Şükürovun MTN-nin sabiq idarə rəisi, general Mövlan Şıxəliyevlə ölkədə və xaricdə çoxsaylı ortaq bizneslərinin olduğu bildirilirdi. O da iddia eilirdi ki, Əvəz Şükürovun oğlu Bayram Şükürov MTN-nin tabeliyindəki hərbi hissələrdən birində xidmət etsə də, general Mövlan Şixəliyev onu özünün köməkçisi statusunda yanına gətiribmiş. Bundan başqa Əvəz Şükürovün digər oğlu Rəmzi Şükürov isə da MTN-nin Baş İdarə rəisi Akif Covdarovun Milli Məclisdə işləyən oğlu ilə dost və iş yoldaşı olublar.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Oxşar xəbərlər