Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
Hadisə Qafqazda və dünyada proseslərin daha da qızışdığı ana təsadüf edib.
Ermənistanda Paşinyanın baş nazir olmasından sonra bu, verdiyimiz ilk şəhiddir və xalqın tələbi ilə "inqilab" edib hakimiyyətə gəlmiş Paşinyan Rusiya və Qərb arasında manipulyasiya edərək Azərbaycanı oyundankənar vəziyyətə salmaq üçün çalışır. Özü də bu şəxs bunu elə formada edir ki, hər iki böyük güc mərkəzi İrəvanı qazanmaq üçün müəyyən güzəştlərə hazırdır.
Təəssüf ki, bu güzəştlərin içində Qarabağ xüsusi yer tutur. Düşmən ölkənin rəhbəri Qarabağı həll edilmiş problem sırasına qoyub, birbaşa Naxçıvana hücum etməsi, planlarının növbəti mərhələsindən xəbər verir.
Qarabağa problemsiz səfər edən Paşinyan Azərbaycanın ciddi etirazı və hərbi zərbəsi ilə qarşılaşmadı, amma baş verənlər müəyyən gərginlik doğurdu.
Faktor.az bildirir ki, İlham Əliyevin Naxçıvana səfəri və hərbi əzələ nümayişi erməniləri əməlli-başlı xofa salıb.
Ona görə də, Qarabağ deyil, birbaşa Naxçıvanı hədəfə almaları bu məntiqə əsaslanır. Həm də Türkiyə amilini nəzərə almaqla. Bu proseslərin getdiyi bi vaxtda şəhid verdik. Keçmiş hərbçi İbrahim Rüstəmli ölkənin hərbi elitasına müraciət edib.
"Naxçıvan qarnizonunda şəhid olan əsgərin hərbi hissəsinin komandiri vəzifəsindən dərhal kənarlaşdırılmalı, ondan yuxarı komandanlığa isə son xəbərdarlıq edilməlidir əslində".
O daha sonra bildirib ki, Şəhidimiz vurulan istiqamətdəki düşmən postlarını ağır silahlardan darmadağın eləmək lazımdı elə indi.
Müharibə ehtimalı olduqca yaxınıdır və realdır. Görək, Azərbaycan ordusu nə zaman qərar verəcək.