Şəhid olan əsgərimizin FOTOSU — 4 bacının 1 qardaşı imiş

Şəhid olan əsgərimizin FOTOSU — 4 bacının 1 qardaşı imiş Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
Qaynarinfo-ya istinadən bildirir ki, Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub və Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb.
Məlumata görə, ailənin yeganə oğlan övladı olan A.Tatarovun 4 bacısı var.

Oxşar xəbərlər