Mayda 3 gün ardıcıl iş olmayacaq

Mayda 3 gün ardıcıl iş olmayacaq Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, 9 May - Faşizm üzərində Qələbə günü və 28 May - Respublika günü iş günləri hesab edilmir.

Modern.az xəbər verir ki, 9 May - Faşizm üzərində Qələbə günü çərşənbə gününə, "28 May - Respublika günü isə bazar ertəsinə təsadüf edir. Bu səbəbdən də beşgünlük iş həftəsində çalışanlar üçün ardıcıl olaraq üç gün istirahət günü olacaq.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş "2018-ci ilin istehsalat təqvimi"nə əsasən, 2018-ci ilin may ayı üzrə aylıq iş vaxtı norması 167 saat, 2018-ci il üçün illik iş vaxtı norması isə 1 919 saatdır.

Oxşar xəbərlər