Türkiyə parlamentində dava düşdü — FOTOLAR

Türkiyə parlamentində dava düşdü — FOTOLAR Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatlar arasında insident yaşanıb.
AZTB.info Türkiyə mediasına istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları ilə PKK-nı dəstəkləyən Xalqların Demokratik Partiyasının (HDP) üzvləri arasında dava düşüb.

Millət vəkilləri arasında yaşanan qarşıdurmaya səbəb HDP-li deputatların “Türkiyə ordusu Afrində etnik təmizləmə aparır” fikrini səsləndirməsi olub.
Qarşıdurma zamanı HDP-dən olan 3 nəfər millət vəkili yüngül xəsarət alıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.
"Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Oxşar xəbərlər