Gədəbəy səhiyyəsində rəzalət - Ölüm ayağında olan xəstənin fəryadıYerli sakinlərdən redaksiyamıza verilən məlumata görə, bu gün saat 15:00 da vətəndaş anasını ağır vəziyyətdə mərkəzi xəstəxanaya apararkən xoşagəlməz hadisə ilə rastlaşıb.
Belə ki, xəstəni müainədən keçirib müalicə etdirmək üçün həkim tapılmayıb. Xəstə sahibi xəstəxananın həyətində gözləyən təcili tibbi yardım avtomobilinin sürücüsündən həkimlər haradadır sualını verdikdə sürücü cavabında bildirıib ki, həkimlər hamısı toydadır. Şikayətçi “Gündəm Xəbər”ə bildirib ki, bu xəstəxanada müəyyən maddi maraqlar qarşılığında sağlam adamlara xəstəlik arayışı verib onları saxta yolla pensiyaya çıxarmaqdan başqa işləri yoxdur. Bu haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbənin bildirdiyinə görə, rayonun səhiyyə ocaqlarında xəstələrə verilməli olan ərzaq məhsulları, geyim formaları, müxtəlif dərman və preparatlar, lazımi avadanlıqlar verilmədiyindən və bir çox təminolunmalar ödənilmədiyindən, atılan addımlar çoxsaylı xəstələrin haqlı narazılığına da səbəb olmaqdadır. İmtiyazlı xəstələrə verilən dərman preparatlarının “qeybə çəkilməsi”, daha dəqiq desək, rayonun mərkəzi ərazilərindəki apteklərdə satdırılması və s.
Ramiz Pirverdiyevin idarəçiliyinə lazımi qiyməti verməyə imkan verir. Baş həkimin yaratdığı qanunsuzluqlar Mərkəzi xəstəxananın bir növ inhisarda saxlanması da, daha çox müzakirə olunan mövzulardandır. Məsələn, məlumatlı mənbənin söylədiklərinə görə, hal-hazırda ixtisasca kordioloq olan Əlviz həkimin övladları Səbuhi və Firdovsi adlı şəxslər ali təhsilə sahib olmasalar da, bu gün hər ikisi adı çəkilən xəstəxanada həkimlik fəaliyyəti ilə məşğul olmaqdadırlar. Baxmayaraq ki, hər iki şəxs fəaliyyəti dayandırılmış ABU-nun məzunları olsalar da, tam ali təhsilə sahib ola bilməmişlər.
Yalnız fəaliyyəti dayandırılmış təhsil ocağından aldıqları arayış əsasında, bu gün Səbuhi adlı şəxs şəkər şöbəsində, Firdovsi adlı şəxs isə cərrahiyyə şöbəsində həkimlik fəaliyyəti ilə məşğul olmaqdadırlar. Belə bir hallara şərait yaradan Ramiz Pirverdiyev olur ki, yəqin ki, o, belə bir addımlarını atarkən hansısa maraqlarını təmin də və ya etdirə bilir. Bir sözlə Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi xəstəxanasında qanun şah deyil, şah qanundur prinsipi ən öndə gedən məsələlərdən biridir. Baş verən olayla bağlı bizi izləyin.
Qarşı tərəfidə dinləməyə hazırıq.