"Qalib gəlmək istəyirdik. Çünki son oyunlarda heç-heçələr edirdik”.
Bu sözləri "Keşlə”nin baş məşqçisi Yuri Maksimov Azərbaycan kubokunun yarımfinalında "Sumqayıt”a 1-0 hesablı qələbədən sonra bildirib.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən ukraynalı mütəxəssis bunları deyib:
"Əlbəttə, qalib gəlmək bizim üçün yaxşı oldu. Futbolçuları oyuna motivasiya etmək çətin idi. Uşaqlara yaxşı oyuna görə təşəkkür edirəm”.
- Düşünmürsünüz ki, uzun müddətdi məğlub olmayan "Sumqayıt”ı yerdən göyə vurdunuz?
- Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Bundan artıq heç nə deyə bilmərək.
- Narahat görünürsünüz. Bunun səbəbi nədi?
- Bu, sadəcə, birinci oyun idi. İkinci oyunumuz var, ona görə arxayınlaşmaq istəmirik.
- Komandanız ikinci hissədə zəif çıxış etdi. Bunun səbəbi nə idi?
- 90 dəqiqə ərzində pressinq etmək çətindi. Buna görə futbolçulara minnətdaram. Bundan başqa, bəzi futbolçularda həyəcan var idi. Buna görə tempi aşağı salmağa çalışdıq.
- "Sumqayıt”ın üçüncü pillə üçün şansı olsa da, "Keşlə”nin üdmidi kubokadı. Kubok uğrunda qızğın mübarizə aparacağınızı düşünmək olar?
- "Sumqayıt” iki cəbhədən avrokuboklara irəliləyə bilər. Amma bizim bu şansımız yoxdur. Buna baxmayaraq, hər iki cəbhədə mübarizə aparacağıq. Onu da nəzərə almaq lazımdı ki, heyətimizdə zədəli futbolçular var. Çempionat oyununda bəzi futbolçulara istirahət verə bilərik.
- Mövsümün sonunda müqaviləniz başa çatacaq. Gələcəyiniz barədə nə deyə bilərsiniz?
- Bizə növbəti oyunlarda qələbə qazanmaq lazımdı. Bundan başqa, "Keşlə”də gələcəyin necə olacağı bəlli deyil. Düzdü, klub yaşayacaq, amma büdcə barədə eyni sözləri demək olmur. Ona görə də hansısa fikir bildirmək olmur. Pul problemi var. Bizə inkişaf üçün maddi dəstək olmur. Futbolçuları hansısa formada motivasiya etmək lazımdı. İndiki vaxtda arvad əri ilə pulsuz yatmır.
- Ümumiyyətlə, komandada qalmaq niyyətindəsiniz?
- Belə vəziyyətdə "Keşlə”də qalmayacam. Avropa Liqasına vəsiqə qazansaq da, getmək niyyətindəyəm/Qafqazinfo.az.