Ağdaban soyqırımı 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri hesab edilir.
Bu hadisə Azərbaycanın gözəl güşəsi olan Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqrım faktıdır.
Ağdaban soyqırımı bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işkəncələr verilməsi, yurdundan didərkin salınması ilə müşaiyyət olunan insanlıq əleyhinə olan ən böyük cinayətdir.
1992-ci il aprel ayının 8-də səhərə yaxın erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlarla nərilti qoparmağa başladılar. Qəfil yuxudan oyanan kənd əhli çaş-baş qaldı.
Erməni qarətçiləri planlı surətdə hərəkət edirdilər. Evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək kimi tapşırıqlar əvvəlcədən müəyyənləşdirilmişdi. Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşirin kəndi, Çayqovuşan və Ağdaban kəndlərinə erməni quzğunları hücum etdi. Erməni quldurları tərəfindən kənd sakinləri amansızcasına öldürüldü, kənd evlərinin əksəriyyəti yandırıldı və qarət edildi. Aşıq Şəmşirin evi və zəngin arxivi od vurulub külə döndərildi.
Nəticədə, Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən tamamilə yandırıldı. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işkəncələr verildi. 67 nəfər vəhşicəsinə qətlə yetirildi. 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın isə diri-diri odda yandırıldı. Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtulmaq istəyərkən əvvəlcədən hazırlanmış pusqularla ələ keçirilərək qətlə yetirildi.
Ağdaban qırğınının səhəri - aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı. Xalqın iradəsi ilə "Kəlbəcərin müdafiəsinə fövqəladə yardım komitəsi" yaradıldı. Komitə qısa müddət ərzində böyük tədbirlər həyata keçirdi. Orduya kömək xeyli artırıldı. Əhalidə müdafiə olunacağına ümid yarandı. Rayon əhalisinin ciddi təkidi ilə Kəlbəcərə göndərilən polkovnik Zaur Rzayev briqada komandiri və hərbi komendant təyin edildi. Bu tədbirlər camaatın qırılmaqda olan inamını xeyli möhkəmləndirdi.