"Niyə Ülfət haqqında yazmırsınız?" - ŞƏHİD BACISININ ÜRƏKDAĞLAYAN SÖZLƏRİ

"İndi mən Ağdaban kəndinin əhalisindən soruşuram: Niyə Ülfət haqqında yazmırsınız? Axı siz onun qəhrəmanlıqlarına şahid olmusunuz."

Bu sözləri şəhid Ülfət Kərimovun bacısı Xuraman Kərimova deyib. Şəhid bacısı öz sosial şəbəkəsində çox kövrək məqamlara toxunaraq fikrini belə davam etdirib:

"27 mart 2018-ci il. Ülfətin Ağdaban kəndində qəhrəmanlıqla şəhid olduğu gün. Həmin gün qərənfillər alıb, şəhidlər xiyabanına getdim. Orada Ülfətin sürücüsü Mahirin məzarını ziyarət etdim. Şəhidlərin ruhuna dualar oxutdum. Bir dəstə qərənfil isə əlimdə qalmışdı. Ülfətin bir and yeri də yoxuydu ki , mən o qərənfilləri ora düzüm. Mən rəssam tərəfindən çəkilmiş portretini qərənfillə bəzədim. Sonra oturub hönkür-hönkür ağladım. 25 ildə insanın yaraları qaysaqlanmazmı heç? Heç yaralarımız bağlanmadı.Elə bilirəm Ülfət elə bu gün gedib. O gün elə bu gündü. Ülfət öz cəsur canını vətənə qurban vermişdi. Qeyri-bərabər döyüşdə, zirehli texnikaya qarşı təkbaşına döyüşmüşdü. Çarəsiz idi. Ağdaban kəndinin əhalisi Ülfətə güvənirdi. Vaxt qazanmaq lazım idi, ki kənd camaatını çıxarsınlar. Ülfət əsgərlərdən göndərdi ki, kəndin əhalisini tez çıxarın, mən düşmənin qarşısını alacam . O, tək qalmışdı. Onu qoruyan yox idi. O tək canına, 2 tank, 1 BMP və 1 ural maşınını məhv etmişdi (sənədlərdə qeyd olunub). Ülfət yaralanmışdı. Əsir düşə bilərdi. Şahidlərin dediyinə görə (meşədən baxırmışlar) Ülfət qarın üstü ilə yumalanırmış və qar al-qırmızı rəngə boyanırmış. Onun başqa çıxış yolu yox idi. O, əlində qumbaralar onu vuran BMP nin altına atıldı. Əgər Ülfət yaralanmasaydı, o , döyüşdən sağ salamat çıxardı.
1992-ci ildə ermənilər Ağdabanda qanlı cinayət törətmişdilər. 1993-cü ildə isə Ülfət buna imkan vermədi. İndi mən Ağdaban kənd əhalisindən soruşuram: Niyə Ülfət haqqında yazmırsınız? Axı siz onun qəhrəmanlıqlarına şahid olmusunuz. Onun axırıncı döyüşü Ağdabanda oldu. Xahiş edirəm, KƏLBƏCƏRLİLƏRİN HAQQ SƏSİNƏ SİZ DƏ QOŞULUN."

Xatırladaq ki, Ülfət Ələkbər oğlu Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmış və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olmuşdur.
1992-ci ilin sentyabrından qanlı döyüş meydanlarında yağılara qan udduran Ülfət 1993-cü il mart ayının 27-də Kəlbəcərin Ağdaban kəndi uğrunda gedən vuruşlarda qəhrəmancasına həlak olmuşdur. «Azərbaycan Bayrağı» ordeni ilə təltif olunub.
Subay idi.


"Niyə Ülfət haqqında yazmırsınız?" - ŞƏHİD BACISININ ÜRƏKDAĞLAYAN SÖZLƏRİ

"Niyə Ülfət haqqında yazmırsınız?" - ŞƏHİD BACISININ ÜRƏKDAĞLAYAN SÖZLƏRİ

"Niyə Ülfət haqqında yazmırsınız?" - ŞƏHİD BACISININ ÜRƏKDAĞLAYAN SÖZLƏRİ

Oxşar xəbərlər