Türkiyənin “Akkuyu” atom elektrik stansiyasının təməli qoyulur.
“Ölkə.Az” xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin tədbirdə iştirak etmək üçün Ankaradadır. Ərdoğan Putini rəsmi Külliyedə rəsmi tədbirlə qarşıladı. Atom elektrik stansiyasının təməlatma tədbiri Beştepe səmtində başlayıb.
“Tarixi bir hadisəyə şahidlik edirik” deyən Ərdoğan çıxışında qeyd edib:
“Rusiya ilə bir çox strateji layihəni həyata keçiririk. Türkiyə 2023-cü ildə dünyanın ən böyük 10 iqtisadiyyatından biri olmağı hədəf seçib. “Akkuyu” stansiyası Türkiyənin enerjiyə olan tələbatının 10 faizini ödəyəcək”.
Tədbirdə çıxış edən və layihənin təbiətin dostu olacağını bildirən Putin isə qeyd edib:
“Bu layihə çox dəyərli və önəmlidir. Biz bu tədbirə sadəcə şahidlik etmirik, Türkiyənin atom iş sektorunu qururuq. Yeni bir sektor yaradırıq. 2023-cü ildə ilk enerji bloku fəaliyyətə başlayacaq”.