Azərbaycanın Fransadakı səfirliyi Rahim Namazovun və onun həyat yoldaşının Tuluza şəhərində güllələnməsi ilə bağlı açıqlama yayıb.
AzVision.az xəbər verir ki, səfirliyin məlumatında R.Namazovun Azərbaycanda dəfələrlə dələduzluğa görə məhkum olunduğu bildirilib.
Qeyd olunub ki, onun Fransada və ya xaricdə mafiya strukturları ilə əlaqə saxlaması bəllidir: "Rahim Namazov Azərbaycanda heç vaxt jurnalistika fəaliyyəti ilə məşğul olmayıb. Onun jurnalist olmadığı fransız mediası, eləcə də Azərbaycan jurnalistləri və Sərhədsiz Reportyorlar Təşkilatı tərəfindən təsdiqlənib"
Açıqlamada bildirilib ki, R.Namazov 2014-2016-cı illərdə səfirliklə dəfələrlə əlaqə saxlayıb və onun bütün konsulluq prosedurları, istəkləri mümkün olan ən yaxşı şəraitdə yerinə yetirilib.
"Dünəndən bu cinayət əməlinin aydınlaşdırılması üçün Fransanın istintaq orqanları və Tuluz şəhərinin polis xidməti ilə müntəzəm əlaqə saxlayır" - səfirlik diqqətə çatdırıb..
Qeyd edək ki, ötən gün səhər saatlarında Tuluzanın yaxınlığındakı Colomie şəhərində silahlı insident baş verib. Naməlum şəxslər avtomobildən düşən azərbaycanlı Rahim Namazov və onun həyat yoldaşına 8 dəfə atəş açıblar. İnsident zamanı ağır yaralanan azərbaycanlılar Purpan xəstəxanasına yerləşdiriliblər. Qadın aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. R.Namazovun vəziyyəti ağır qiymətləndirilir.
Kriminal aləmdə özünü "Opasnı Roma", "Rahim Şəkinski" kimi təqdim edən Rahim Namazov bir neçə gün əvvəl “Youtube” şəbəkəsində səs yazıları yayaraq kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovu və onun yaxınlarını təhqir etmişdi. Məlum hadisənin məhz "Lotu Quli"nin adamları tərəfindən törədildiyi iddia edilir.