"O butulkaya layiq sən idin, onu da..." - Hafiz Hacıyev efirdə coşdu - VİDEO

“Bu gün görülən işlərə kölgə salmaq istəyən xüsusi qruplar var. Bu qüvvələr hakimiyyətin daxilində də var. Onlar xalqı narazı salırlar və meydan uşaqlarına pas verirlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri prezidentliyə namizəd Hafiz Hacıyev ödənişsiz efir vaxtında səsləndirib.

Cəmil Həsənlini “yiyəsiz” adlandıran Hafiz Hacıyev bildirib ki, Milli Şura sədri prezidentliyə namizədləri “milli ünsür” kimi təqdim edir:

“Cəmil Həsənli, gör sən nə qədər şərəfsiz adamsan, ağsaqqalsan, sənin vicdanın varmı bizi milli ünsür adlandırırsan? Biz bunları deyəndə bizə söyürlər. Deyirlər, seçki şousu var. Nə etməliyik, bir-birimizə butulka atmalıyıq? O butulkaya layiq olan sən idin, onu da başına vurdum, durub cəhənnəm olub getdin”.

Azərbaycanda milli birliyi qoruyub saxlamaq üçün xalqla təmasda olmalarını deyən Müasir Müsavat sədri qeyd edib ki, xalqımızı narazı salıb, çalşırlar Cəmil Həsənliyə yem eləsinlər:

“Bütün günü saytlarda mən müzakirə olunuram, abrımız, ismətimiz gedib. Cəmil Həsənli ideoloji terroru dəstəkləyir. Ay prezidentiyə namizədlər, hər birimizi təhqir edirlər, gərək buna Hafiz Hacıyev cavab versin? Xalqı ayıldırıq ki, qoca təlxəyin dalınca getməyin. Onun yanındakı da avaranın biridir, heç öz ailəsinə rəhbərlik edə bilmir. Otuzdurub Londonda, orada burada, onun bunun qucağında”.



Oxşar xəbərlər