Azərbaycanda qeydiyyatda olan narkomanların STATİSTİKASI — 30 mini keçiblər

Azərbaycanda qeydiyyatda olan narkomanların STATİSTİKASI — 30 mini keçiblər Azərbaycanda 2017-ci il ərzində 2 min 115 narkoman qeydiyyata götürülüb.
AZTB.info-nun məlumatına görə, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabata əsasən keçən il qeydiyyata götürülən narkomanlardan 1566 nəfər dispanser, 549 nəfər profilaktik qeydiyyatdadır.

Keçən il qeydiyyatdan çıxarılan narkomanların ümumi sayı 1432 nəfər - 488 nəfər dispanser, 944 profilaktik olub.
Beləliklə, Azərbaycan üzrə 30 dekabr 2017-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 30 min 131 nəfər olub. Bu narkomanlardan 25 min 139 nəfər dispanser, 4 min 992 nəfər profilaktik qeydiyyatdadır. Narkomanlar arasında 595 qadın var. Toksikomanların ümumi sayı isə 212 nəfərdir. İnyeksion narkotik istifadəçilərinin sayı 21 min 38 nəfər təşkil edir. Onlardan 470 nəfəri qadındır.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31 dekabr 2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29 min 448 nəfər narkoman qeydiyyatda olub. Onlardan 24 min 56 nəfəri dispanser, 5 min 392 nəfəri profilaktik qeydiyyatda olub.

Oxşar xəbərlər