İşlədiyi şirkətdən maaşını ala bilməyən sürücü özünü yandırdı
“Ölkə.Az”a verilən məlumata görə, Bəhruz Feyruz oğlu Zeynalov üzərinə benzin tökərək özünü yandırıb. Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Mərkəzin baş həkimi Şöhrət Məmmədovun “Ölkə.Az”a verdiyi açıqlamayada deylir:
“Xəstə dünən bədəninin bir neçə yerinin yanması diaqnozu ilə daxil olub. Əsasən boyun, burun və əl nahiyyələri yanıb. Lazımı yardımlar göstərilib, vəziyyəti stabildir”.
Faktla bağlı Xətai RPİ-nin 37-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. İlkin dindirmələr zamanı B.Zeynalov sürücü işlədiyi “Elat” MMC-dən 2 aylıq maaşını ala bilmədiyinə görə özünü yandırdığını bildirib.