Azərbaycanda son iki gündə 200 cinayət hadisəsi baş verib

Azərbaycanda son iki gündə 200 cinayət hadisəsi baş verib Son iki gündə respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 200 cinayət faktı qeydə alınıb. Onların 27-si “isti izlər”lə açılıb.
DİN-dən verilən məlumata görə, axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Oxşar xəbərlər