Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli jurnalist Ağanisə Sultanovanın evinin qarət edilməsi məsələsinə münasibət bildirib.
V.Səfərli “Ölkə.Az”-a açıqlamasında deyib ki, jurnalistlərin binası təhlükəsizlik kameraları ilə təchiz edilib:
“Binaya quraşdırılan kamera gecə-gündüz işləyir. Binanın 2 nəfər mühafizəçisi də var. Onlar da növbə ilə mühafizə işi aparırlar. Ancaq mühafizəçilər kiminsə evlərində keşik çəkəsi deyillər. Biz mənzillərə cavabdeh deyilik. Oğurluq olubsa, polisə müraciət olunmalı və gəlib təhlükəsizlik kameralarına baxılmalıdır. Binanın girişində təhlükəsizlik kamerası var. Ancaq oğru evlərdə mühafizəyə və ya təhlükəsizlik kamerasının olub-olmamasına baxmır”.
V.Səfərli qeyd edib ki, jurnalist Ağanisə Sultanovun evindən oğurluq edən şəxs böyük ehtimalla onu şəxsən tanıyan adamdır:
“Binada hamı Ağanisə Sultanovanı kasıb bir adam bilir. Ancaq eşitdim ki, Ağanisə Sultanova evindən 1000 manat pulunun və qızılının aparıldığını söyləyib. Ağanisə Sultanova bir ildən çoxdur ki, binaya olan kommunal borcunu ödəmir. Əgər onun 1000 manat pulun vardısa, bəs nə üçün binaya olan borcunu ödəməyib? Amma oğurluq olan kimi bizdən nə isə tələb edir. Mən yenə deyirəm ki, onun evindən oğurluq edilməsinə görə mühafizəçi günhkar deyil. Burada mühafizəçilik nəsə yoxdur. Kiminsə evində oğurluq olacaqsa, buna KİVDF cavabdeh deyil. Biz müqavilədə də qeyd etmişik ki, nəyə cavabdehik. İndi Ağanisə Sultanova hadisə ilə bağlı polisə şikayət edib. Əminəm ki, polis araşdırma aparıb, obyektiv qərar verəcək”.
V.Səfərli jurnalistlərin binasında ötən il də oğurluq hadisəsinin qeydə alındığını bildirib:
“Ötən il həmin binanın həyətində bir nəfərin avtomobili oğurlanmışdı. Mən də bildirdim ki, həyətdə kiminsə avtomobilinin oğurlanmasına biz cavabdeh deyilik. Elə etmək lazımdır ki, oğurlanmasın. Bizə deyirlər ki, nə üçün binanın avtomobil dayanacağı yoxdur. Mən də dedim ki, binada yaşayan bəzi sakinlər adicə kommunal borcları ödəmək istəmirlər, sabah başqa xidmətləri necə ödəyəcəklər? Bir dəfə də binadan kiminsə veposipedi oğurlanmışdı. Ancaq velosipedin pulu mühafizəçilərin maaşından tutulub ödənilmişdi. Əslində, bu da düzgün deyildi. Blokdan kiminsə velosipedini oğurlayırlarsa, burada mühafizəçinin nə günahı var? Məgər mühafizəçi hər sakini çağırıb yoxlamalıdır? Digər tərəfdən isə mən inanmıram ki, oğurluq kənar adam tərəfindən edilsin. Binada hamı Ağanisə Sultanovanı kasıb adam kimi tanıyır. Nə üçün oğru başqa adamın evinə deyil, məhz Ağanisənin evinə girdi? O oğru kimdirsə, Ağanisəni tanıyan adamdır. Bilir ki, o evində pul və qızıl qoyub”.