Hadisə ötən gün Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində qeydə alınıb.
“Ölkə.Az”ın xəbərinə görə, Türkiyə Respublikasının vətəndaşı Səlcuq Mahmudun evindən 110 min dollar, 1000 avro və 4000 dollarlıq qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə polisə zərərçəkən özü məlumat verib. Cinayət baş verən əraziyə Suraxanı RPİ-nin əməkdaşları gəlib və ilkin müayinələr aparıblar.
Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177.3.2-ci ( oğurluq küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.