Hövsanda 55 yaşlı kişi intihar etdi

Hövsanda 55 yaşlı kişi intihar etdi Bakı şəhəri, Suraxanı rayonunda 55 yaşlı kişi özünü asıb.
"Ölkə.Az" "Report"-a istinadən məlumat verir ki, hadisə rayonun Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Qulu Mirzə oğlu Quliyev yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər