İntim xidmətdən narazı qalan 20 yaşlı gənc polisə şikayət etdi — İsveçdə qəribə ittiham

İntim xidmətdən narazı qalan 20 yaşlı gənc polisə şikayət etdi — İsveçdə qəribə ittiham sveçdə polisə qəribə şikayət ərizəsi daxil olub.
Bu barədə “24malmo.se” qəzeti məlumat yayıb. Verilən məlumata görə, 20 yaşlı oğlan polisə yazdığı şikayət ərizəsində bildirib ki, masaj salonlarının birində onu aldadıblar.

Belə ki, gənc adam masaj salonunda əylənərkən, ona intim xidmət təklif ediblər. Oğlan buna razılaşıb və tələb olunan pulu ödəyib. Lakin göstərilən seks xidmətindən razı qalmayan şəxs, ödədiyi pulu geri tələb edib. Masaj salonunun rəhbərliyi pulu ödəməkdən imtina edib.
Oğlan polisə bildirib ki, ona təklif edilən intim xidmətdən razı qalmayıb. Çünki əvvəlcədən ona daha yaxşı xidmət söz veriblər. Lakin bəyəndiyi xanım bunun öhdəsindən gələ bilməyib.

Polisdən bildiriblər ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər