Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin Ukrayna prezidenti Petr Poroşenkoya məktub göndərməsi siyasi mövqedir.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasından bildirilib. Partiyanın üzvü və mətbuat xidmətinin rəhbəri Svyatoslav Çeqolko bildirib. Onun sözlərinə görə, ilk baxışdan Mixeil Saakaşvili bu addımla “zəif mövqe” nümayiş etdirib.
“Çoxu bu məktub barədə çox şeyi dəqiq bilmir və bu barədə danışır. Çoxu elə düşünür ki, Mixail Saakaşvili bu addımla “zəif mövqe” nümayiş etdirib. Lakin məktubun məğzinə baxsaq, görərik ki, Mixeil Saakaşvili Poroşenkodan üzr istəmir. Sadəcə siyasi kursunda yumuşaqlıq göstərib və danışıqlara getməyə razılıq verib. Mixeil Saakaşvilinin “zəif mövqe” göstərməsi, siyasi kursunu dəyişməsi kimi xəbərlərin hamısı yalandır”, - deyə Svyatoslav Çeqolko bildirib.
Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidenti Petr Poroşenkoya məktub göndərib. Saakaşvili Poroşenkoya danışıq təklif edib.
Svyatoslav Çeqolko “Facebook” səhifəsində Mixail Saakaşvilinin Pyotr Poroşenkoya ünvanladığı məktubu dərc edib.
“Hər an səlahiyyətli nümayəndə ilə görüşüb danışıqlar aparmağa hazıram”, - deyə məktubda qeyd edilib.
“Poroşenkoda məktub var. “Mişa” barışıq təklif edir”, - deyə xəbərdə bildirib.
Xatırladaq ki, Gürcüstanda bir sıra cinayətlərdə ittiham olunan M. Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib. 2016-cı ilin noyabrında isə qubernator postundan istefa verib və hakimiyyəti tənqid etməyə başlayıb. Ukrayna prezidenti Petr Poroşenko bu il iyulun 26-da, M. Saakaşvili ABŞ-da olarkən onu Ukrayna vətəndaşlığından məhrum edib. Ancaq M. Saakaşvili sentyabrın 10-da tərəfdarları ilə birlikdə Polşa sərhədindən Ukraynaya keçməyi bacarıb. Bu zaman Ukrayna təhlükəsizlik qüvvələrinin 22 əməkdaşı xəsarət alıb. Lvov polisi sərhədin qanunsuz keçmək və polisə müqavimət ittihamları ilə 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan cinayət işi açılıb.