"Cərrahiyyə əməliyyatlarının əksəriyyətini robotlar edəcək"

Təəssüf ki, Azərbaycanda kök hüceyrələri mərkəzinin yaradılması barədə ağızdolusu danışa bilmərik.

Trend xəbər veirr ki, bunu AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, biotexnologiyaların inkişafı nəticəsində kök hüceyrələrindən müxtəlif patologiyaların müalicəsində geniş istifadə olunur: "Türkiyədə bu sahədə ciddi tədqiqatlar aparılır. Onlar bu sahədə bizə kömək etməyə hazırdılar".

Ə.Əmiraslanov qeyd edib ki, dünyada robotik cərrahiyyə əməliyyatlarına olan maraq artıb.

Akademik əlavə edib ki, dünyada robotik cərrahiyyə əməliyyatlarının aparılmasına 2000-ci illərdən aparılmağa başlanılıb. Yalnız 2016-cı ildə dünyada robotlar vasitəsilə 3 milyon robotik cərrahiyyə əməliyyatı aparılıb: "Elə bir zaman gəlib çatacaq ki, cərrahiyyə əməliyyatlarının tam əksəriyyəti robotik üsulla aparılacaq".

Oxşar xəbərlər