ABŞ hökuməti Azərbaycanın yolu ilə gedərək Hasilat Sahələrində Şəffaflıq Təşəbbüsü (EİTİ) qurumundan çıxmaq qərarına gəlib.
"Ölkə.Az" xəbər verir ki, Azərbaycan qurumu bu ilin mart ayında tərk edib. ABŞ-ın bu qurumdan ayrılacağı barədə xəbəri "Bloomberg" nəşriyyatı yayıb.
ABŞ daxili işlər departamentinin nümayəndəsi Qreqori Qould deyib: "ABŞ hökuməti hasilat sahələrində korrupsiya və EİTİ prinsipləri ilə möhkəmləndirilmiş şəffaflıq idealına sadiqdir".
Bununla yanaşı Ağ Evin rəsmisi qeyd edib ki, EİTİ ABŞ-dakı hüquq çərçivələrini tam nəzərə almır.
Azərbaycan isə Boqotada qurumun 36-cı toplantısında EİTİ-ni tərk etdiyini açıqlayıb. Bunu isə hökumət komissiyasının və EİTİ üzrı çoxtərəfli qrupun rəhbəri Şahmar Mövsumov bəyan edib.
Şahmar Mövsumov bildirib ki, Azərbaycan ikili standarlara görə daha qurumda qala bilməz.
Təşkilatdan çıxdıqdan sonra bir çox beynəlxalq QHT-lər Azərbaycanın ünvanına tənqid səsləndirdi. Amma bu hökumətin qərarını dəyişdirmədi. Çünki Azərbaycan tərəfi təşkilatın ölkənin daxili işlərinə qarışdığını bildirmişdi.