Santa-Klaus şənliyi atəşə tutdu: 2 yaralı

Santa-Klaus şənliyi atəşə tutdu: 2 yaralı ABŞ-ın Texas ştatının Ostin şəhərində əynində Santa-Klaus paltarı olan şəxs şənlik iştirakçılarına atəş açıb.
Hadisə zamanı 3 nəfər xəsarət alıb. Yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha bir yaralı isə tibbi yardımdan imtina edib.
AZTB.info oxu.az-a istinadən bildirir ki, hücum edən şəxs hadisə yerində həbs edilib. Ona tibbi yardım göstərilsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsə qarşı hər hansı fiziki güc tətbiq etmədiklərini bildiriblər.

İstintaqın məlumatına görə, hücum edən şəxs xəsarət alanlarla tanış imiş və şənliyə qonaq kimi gəlib. Cinayətin başvermə səbəbi hələlik müəyyən edilməyib.

Oxşar xəbərlər