Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (144-cü say) təqdim edir.
Əgər Murad Dadaşov növbəti "Maşın şou"nu da təşkil etsə, şou aləmində bircə nəfər də olsun hörmətli adam qalmayacaq. "Manıs"ların nüfuz kisəsinə azca nəsə girən kimi Dadaşov onları yığır maşının ətrafına. Sonrası da məlumdur. Məsələn, bu şouya qədər Günel Ələkbərova (Pişik Günel) ilə aparıcı Vüsalə Kərimova nə um-küs var idisə də, dilə gətirməmişdilər. Ancaq bu şouda Günel "Vüsalə oğlu yaşında oğlanla görüşür" dedi. Oğlu yaşında e. Vüsalənin oğlunun 17 yaşı var. 17 yaşlı oğlan hara, Vüsalə hara? Hələ mən meyxanaçı Samirənin açıqlamalarından danışmıram. Sənətçi bildirirdi ki, səsləri məhz Murad Dadaşov idarə edir. Elə deyəsən üç gün öncəki səsvermədən sonra qalib gələn Rauf Əhmədov da buna görə az qala Muradı şoudan kənarlaşdıracaqdı.
Hamınızın gözü aydın olsun. Dünyanın ən zil səsli sənətçisi, gözəllər gözəli, mikrofonların qənimi Maral Tahirqızı azadlığa buraxıldı. Daha bundan sonra darıxmarıq. Elə ayda bircə dəfə zilə qalxıb videosunu paylaşsa, başımızı qatmağa mövzumuz var.
Rəqsanənin babat qarğış eləməyi də varmış. Özü də necə lazımdır möminmiş, xəbərimiz yoxmuş. Sənətçinin keçmiş sevgililərindən birinin atasının həbsinə reaksiyası belədir:
"Allaha qurban olum, varlığına min şükür. Bu həyatda heç bir pislik boş qalmır, mütləq qayıdır geci-tezi var. Heç bir pisliyə pisliklə cavab verməyin. Sadəcə, gözləyin, mən əmin oldum. Haqsızlığın axırı budur. Şükür Allaha, hələ biri də qaldı..."
Qulpqoyan dayı mənə deyir ki, Rəqsanəyə bir sual ver. Təxminən bilirəm ki, yaxşı bir şey olmayacaq. Amma ağsaqqaldı da, sözünü yerə sala bilmərəm. Deyir, soruş gör elə bircəciyi qaldı? Yəni bu boyda tanınmış sənətçi olasan, cəmi ikicə sevgilin olsun?
Türkiyədən Bakıya bir qonaq gələndə Qazaxdan Astaraya qədər hamımız yığışıb pişvazına çıxırıq ki, gedəndə bizdən razı qalsınlar. Hələ mən Kıvançın, Burak Özçivitin, bir zamanlar Əmrahın, Tarkanın üstünə hoppanan qızları demirəm. Pərvin Səfərov adlı Neftçala sakini "O səs Türkiyə" yarışmasına qatılıb, yaxşı da çıxış edib. Yıldız Tilbədən başqa hamı Pərvinin yarışmanı davam etdirməsini istəyib. Yıldız da qərarını belə izah edib ki, Pərvinin türkcəsi yaxşı deyilmiş. Ona qalsa Yıldızcığın adı Türkiyədə narkomaniyadan tutmuş, qadın alverinə qədər hər şeydə hallanıb. Belə bir yaramazın o cür müabiqənin münsiflər heyətində nə işi var axı? Bu təbii ki, layihənin sahibi Acunun qərarıdır. Ancaq biz də o tərəflərdən gələn qonaqlara qarşı münasibətdə bir az diqqətli olmalıyıq. Yəni, qardaşıq, dostuq, qonşuyuq, öz yerində. Ancaq dədələr demişkən, "Südlü aş yaxşı şeydir, amma bir gün sizdə, bir gün bizdə".
"Səhər-səhər" adlı bir veriliş var. Əvvəl Elgiz Əkbər apardı, sonra verdilər Rövşanə aparsın. Rövşanə verilişi apardığı gündən indiyə qədər elə bir buraxılış olmayıb ki, hansısa qonaq axıra qədər proqramda otursun. Birini küsdürür, birini təhqir edir. Təsəvvür edin ki, adam Gənc Tamaşaçılar Teatrının ləğvini istəyir, Şuşa teatrını "qaçqın teatr" adlandırıb, bağlanmalı olduğunu bildirir. Nəzərinizə çatdırım ki, bu düşüncənin sahibi hansısa ali məktəbdə dərs də keçir. Məncə bu faktı bilmək Rövşanənin özü üçün də maraqlı olar. Hazırda Azərbaycanın ən güclü futbol komandası "Qarabağ"dır, Çempionlar Liqasının qrup mərhələsində oynayır. O da məcburi köçkün komandadır, Ağdamı və bütünlükdə Qarabağ regionunu təmsil edir. Beynəlxalq arenada isə Azərbaycanın adıdır. Onun da fəaliyyətini dayandıraqmı, Rövşanə xanım? Necə məsləhət görürsünüz?
Müğənni Aysel Əlizadə bildirib ki, aylıq qazancı 300-400 manat olan oğlanla ailə qurmaram. Əslində tam doğru deyir. Ayselin yarım saatı 500 manata başa gəlirsə, aylıq qazancı 400 manat oğlanla nə işi var? Hələ mən gecəsi 1000-1500-ə oxuyan sənətçiləri demirəm. Ona görə də tam haqlıdır. Ancaq aylıq qazancı 400 manat olan o qədər oğlan tanıyıram ki, həyat yoldaşları şou-biznesdəki qadınların nəinki özləri, yeddi arxa dönənlərindən daha qiymətlidir. Ən azı əxlaq və tərbiyələrinə görə.