Allahşükür Paşazadə Çexiyada özünə mülk alıb, böyük biznes qurub
Şeyximizin də kurort cənnəti hesab olunan Karlovı Varıda biznesi var. Bundan əvvəl bir çox azərbaycanlı məmurların da bizneslərini Çexiyaya daşıdıqları haqda məlumatlar yayılıb. Belə görünür ki, şeyx də məmur-oliqarxlardan geri qalmır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin müxtəlif biznes sahələri ilə əlaqələri haqda bu günə qədər xeyli məlumat olub. Əsasən ölkəyə ixrac olunan tərəvəz məhsullarının Allahşükür Paşazadənin inhisarında olduğu bilinirdi. Allahşükür Paşazadə bir qayda olaraq belə məlumatlara münasibət bildirmir, bildirəndə isə ortaya sübut qoyulmasını istəyir.
Onun bu sıradan olan açıqlamalarından birindən sitat: "Bəzən mənim adımı şüşə, armatur, alma, soğan və kartof biznesi ilə məşğul olan şəxs kimi hallandırırlar. Bunların heç biri həqiqətə uyğun deyil. Bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır”.