Bir neçə saat bundan əvvəl tanınmış sahibkar Faiq Seyidov Azadxan Xanməmmədovun ailə üzvlərinin və onun vəkili Ceyhun Yusifovun media qarşısında keçirdikləri mətbuat konfransında qaldırıldıqları ittihamlara cavab verib
Qarşı tərəf də susmadı və əlaqə saxlayaraq, Faiq Seyidovun ittihamlarına cavabını təqdim etdi.
Belə ki, Azadxan Xanməmmədovun vəkili Ceyhun Yusifov redaksiyaya müraciət edərək Azadxan Xanməmmədov və Faiq Seyidovun aralarında dostluq münasibətlərinin olmasını inkar etməyib və Azadxan Xanməmmədovun marketin açılışında doğrudan da iştirak etdiyini bildirib. Ceyhun Yusifov eyni zamanda qeyd edib ki, həmin market (526 kv.m. sahə) ilkin olaraq Faiq Seyidovun istifadəsinə verilib, Faiq Seyidov isə öz növbəsində etibardan sui-istifadə edərək istifadə etdiyi sahəsi 526 kv.m. olan obyektin yanında yerləşən 640 kv.m. sahəni, habelə həmin obyektlərin 1000.0 kv.m.-ə yaxın zirzəmisini zəbt edərək sahibkarlıq fəaliyyətinə başlayıb və onların istifadəsi müqabilində hər hansı icarə haqqının ödənilməsindən imtina edib.
Azadxan Xanməmmədovun vəkili Ceyhun Yusifov həmçinin bildirib ki, həmin dörd obyektin çıxarışları mediaya təqdim olunub və çıxarışlarda qeyd olunduğu kimi, həmin sahələr Azadxan müəllimgilin adınadır. Bunun müqabilində isə Faiq Seyidov 526 kv.m. sahənin borc müqabilində ona satıldığı iddia edir. Vəkil deyir ki, söhbət dörd obyektdən gedir, Faiq Seyidov iddia elədiyi kimi 526 kv.m. sahədən deyil. “Məlumat üçün bildirim ki, “SafaStore” market 2100.0 kv.m. sahədə yerləşir”, - vəkil vurğulayıb. Eyni zamanda, Ceyhun Yusifov sual verir ki, sahibkar Faiq Seyidov həmin əmlakın borc müqabilində ona təqdim edildiyini təsdiq edən sənədləri niyə mediaya təqdim etmir və hansı borc müqabilində 526 kv.m. sahənin ona təqdim edilməli olduğunu bildirir? Daşınmaz əmlakın alqı-satqısı notarial qaydada olmayıbsa, hansı mülkiyyət hüququnun digər şəxsə verilməsindən söhbət gedə bilər?!
Eyni zamanda Ceyhun Yusifov Azadxan müəllimin qardaşı Əlifağa müəllimin Faiq Seyidovla görüşdüyünü danmayıb. “Bəli, Əlifağa müəllimə Faiq Seyidov müxtəlif vasitələrlə, ortaq tanışlarla çıxaraq, barışacağını bildirib və görüşə dəvət edib. Ayın 10-da baş tutmuş görüşdə Azadxan müəllimin əmlaklarında gözü olmadığını, ondan şikayətçi olmadığını, bununla bağlı şikayətlərini geri götürəcəyini, Azadxan müəllimin qardaşı isə ona bu hadisənin bu yerə çatmasını arzulamadığını bildirib. Sonradan isə iyul ayının 13-ü yenidən Azadxan müəllimin qardaşını həmin şəxslər vasitəsilə görüşə dəvət edib, onunla müqavilə bağlanaraq həmin əmlakların onun adına keçirilməsini tələb edib, əks halda, onun bura gəlib-getdiyi barədə videonu mediaya yerləşdirəcəyini, hədə-qorxu gələrək ailəsini hədələyib. Hədə-qorxu faktının olmasına baxmayaraq, əlimizdə sübut olmadığından hüquq-mühafizə orqanlarına müraciət edilməsinin mənasızlığını hamı çox yaxşı bilir”, - vəkil sözlərinə davam edir.
Redaksiyamıza müraciət etmiş Ceyhun Yusifov daha sonra deyib: “Azadxan Xanməmmədovun necə insan, şəxsiyyət olduğunu hamı bilir. Lakin qarşı tərəf onun haqqında yalan məlumatlar yaymaqla cinayət işinin gedişinə mane olur. Faiq Seyidov orada işləyən işçilərin işsiz qalacağını iddia edərək, Azadxan Xanməmmədovun onları fikirləşmədiyini iddia edir. Bəli, Azadxan Xanməmmədov bir sahibkardır və qanunla ona məxsus əmlakı tələb edir. Buna görə orada işləyən işçilərin işsiz qalması ehtimalı yoxdur, belə ki, Faiq Seyidov bu bəhanələrlə Azadxan Xanməmmədovu fikrindən döndərməyə əvvəllər də çalışıb və Azadxan Xanməmmədov orda işləyən işçilərin işlə təmin ediləcəyini öhdəliyinə götürdüyünü Faiq Seyidova şifahi olaraq bildirib”.
Ceyhun Yusifov müdafiə etdiyi şəxsə qarşı qaldırılmış növbəti ittihama, yəni əmlakların girovda olması və kreditlərin ödənilməməsinə görə məhkəmələrdə olduğuna da cavab verib. “Bəli, əmlaklar girovdadır. Biz bu kredit borcunun ödənilməsinə hazırıq, lakin girova qoyulan əmlaklar faktiki olaraq Faiq Seyidov tərəfindən qanunsuz olaraq zəbt olunduğundan, onları nə sata, nə də ki, istifadə edə bilirik və bu səbəbdən də kreditlərin ödənilməsi məqsədilə həmin əmlaklarımızın azad olunmasını istiyərik. Belə ki, həmin əmlaklara bir neçə dəfə real müştəri tapılmış, lakin Faiq Seyidov bu əmlakları heç kimə verməyəcəyini, onların Azadxan Xanməmmədovun, nəyin bahasına olursa olsun, şər, böhtan olunaraq əlindən alacağını bildirib”.
Həmçinin Azadxan Xanməmmədovun vəkili Ceyhun Yusifov marketin qarşısında baş vermiş hadisə ilə bağlı təkrarən açıqlama verib. “Bu xoşagəlməz hadisə olub, danmırıq, lakin bu hadisənin baş verməsini nə biz istəmişik, nə də ki təşkil etmişik. Bunu təşkil edən adam qanuni şəkildə müqavilə bağlıyarmı? Orada dava olacağını bilən adam ora özü gedərmi? Lakin Faiq Seyidov inadla Azadxan Xanməmmədovun göstərişləri əsasında olduğu bildirsə də, “Riyad” Mühafizə Xidmətinin mediaya açıqlamasında bunun əksi bildirilib və Faiq Seyidovun tərəfdaşları tərəfindən təxribata uğrayaraq münaqişənin baş verdiyini ddyiblər. A.Xanməmmədovda ora gələn mühafizəçilərin sayını, onların hərəkətlərini tənzimləmək səlahiyyəti yoxdur və buna görə məsuliyyət daşımamalıdır. Bəyəm toyda dava düşəndə, bəyi həbs edirlər ki, münaqişə yaradan şəxslərə dəvətnaməni sən vermisən, sən də xuliqanlığın təşkilatçısısan?! Çox gülməlidir! Biz təxribatların olacağından ehtiyat edərək sadəcə müqavilə bağlayaraq obyektin mühafizəsini təmin etmək istəmişik”.
Bakı şəhəri, Suraxanı rayonunda yerləşən sahəsi 972.6 kv.m. olan obyektin ələ keçirilməsi ilə bağlı ittihamlara Ceyhun Yusifov münasibət bildirirək həmin məsələnin Azadxan Xanməmmədovun qanunsuz yerə sifariş əsasında tutulması məsələsi ilə əlaqəsi olmadığını, lakin bununla da bağlı açıqlama verəcəyini bildirmişdir. Qeyd olunan obyektə dair çıxarışın Azadxan müəllimin adına olduğunu, alqı-satqı müqaviləsi əsasında adına keçirildiyini və məhkəmə prosesi zamanı qeyd olunanların öz təsdiqini tapdığını və bununla bağlı sorğular edilərək cavab ala bildiyimizi bildirib.
Ceyhun Yusifov Faiq Seyidovun dəyərli jurnalistlərə qarşı istifadə etdiyi “reket jurnalistlər” termininin təhqir olduğunu deyib. Çünki həmin şəxslərə öz qərəzsiz mövqelərinin açıqlamasına görə həmin sözlərin deyilməsi özü bir hədə-qorxu və şantajdır. “Mən bir vəkiləm və öz fəaliyyətimi həyata keçirirəm. Əlavə olaraq vəkil olaraq həmişə çalışmışam ki, haqq-ədalət tərəfindən çıxış edim. Bundan əlavə, qeyd edim ki, münaqişəni ictimailəşdirən məs qarşı tərəf olmuş, biz isə yalan ictimailəşdirmənin qurbanı olmuşuq”.
Sonda isə Azadxan Xanməmmədovun vəkili Ceyhun Yusifov bu işin obyektiv araşdırılmasını və kənar şəxslərin müdaxiləsi olmadan aparılmasını arzu etmişdir. Çünki hamı qanun qarşısında bərabərdir və etdikləri hər bir qanunsuz hərəkətə görə cəza çəkməlidir. (virtualaz.org)