Gözdən əlillər üçün Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında inşa olunan 12 mərtəbəli binanın mənzilləri heç bir əlilliyi olmayan 160-a yaxın insana satılıb.
BakiPost.az xəbər verir ki, bunu bir qrup şikayətçinin də təmsil olunduğu mətbuat konfransında onların nümayəndəsi Mübariz Hacıyev deyib. Onun sözlərinə görə, AGƏC-yə məxsus yataqxanada qeydiyyata alınan vətəndaşlar mənzil növbəsi üçün sənədlərdə müxtəlif formalarda əlil kimi göstərilib.
M. Hacıyevin sözlərinə görə, sənədlər saxtalaşdırılıb, 8 milyon manat mənimsənilib. Lakin onlara nə ev verilib, nə də pul.
Mübariz Hacıyev bildirir ki, bəzi ailələr yalnız 24 dekabr 2015-ci ildə ölkə başçısı İlham Əliyevin gözdən əlillər üçün inşa olunan binanın açılışındakı nitqini dinləyərkən aldadıldıqlarını başa düşüb, hüquq-mühafizə orqanlarına üz tutublar.
Mətbuat konfransında bildirilib ki, məsələ ilə əlaqədar Məzahir Nəsibov barəsində cinayət işi açılıb. M. Nəsibov tədbirə "Skype” vasitəsilə qoşularaq yığılan pulları Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevə verdiyini söyləyib.