Tanınmış təşkilatçı, "Səs music organization"nun rəhbəri Nahid Emiloğlu (Şükürov) tutulub.
"Qaynarinfo" Lent.az-a istinadən xəbər verir ki, N.Eminoğlu Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) əməkdaşları tərəfindən saxlanılıb. N.Emiloğlu türk müğənni Rafet El Romanın və Damlanın iyun ayında keçiriləcək konsertləri üçün saxta bilet satışı etməkdə günahlandırılır.
Məsələ ilə bağlı Damla bildirib ki, N.Emiloğlu barəsində şikayətçi olmayıb: “Qabaqcadan razılaşdıq ki, konsertimin təşkilatçılığını Nahid eləsin. Daha sonra mən İstanbulda olanda Nahid zəng elədi ki, konsert ediləcək məkanı dəyişək. Mən də razı olmadım. Çünki konsertin yetəri qədər reklamı getmişdi, biletlərin çoxu da satılmışdı. Elə oldu ki, qarşılıqlı razılaşma nəticəsində konserti Nahidlə etməmək qərarına gəldik. Daha sonra fərqli biletləri satışa çıxartdıq. Mənim Nahid Emiloğlu barəsində heç bir şikayətim olmayıb. Yəni onu polisə mən verməmişəm”.