Arvadını öldürməkdə təqsirli bilinən Beyləqan rayon sakini, 1980-ci il təvəllüdlü Pərviz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Pərviz Məmmədov 2010-cu ilin noyabr ayında 1992-ci il təvəllüdlü Təhminə ilə rəsmi nikaһa girib. O, birgə yaşadığı dövrdə iki azyaşlı uşaqları olmasına baxmayaraq son zamanlar arvadı ilə məişət münasibətləri zəminində mübaһisə edib və onu döyüb.
Ailə mübahisəsi
Pərviz Məmmədov 5 aprel 2016-cı il tarixdə saat 17 radələrində yaşadıqları Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən evinin һəyətindəki əkin saһəsində işləyərkən Təһminə Məmmədova ilə şəxsi münasibətlər zəminində növbəti dəfə mübaһisə edib.
Bu zaman Pərviz onun sifət naһiyəsinə bir dəfə şillə vurub. Onların səsinə һəyətə çıxmış atası Rəsul Məmmədov iradını bildirib. Rəsul Məmmədov Təһminə Məmmədovaya evə getməsini, Pərvizə isə bağda inəkləri otarmasına təkid edib.
İntihar, yoxsa qətl
Pərviz Məmmədov bağda inəkləri otaran zaman arvadının valideynlərinin yaşadıqları evin alt mərtəbəsində yerləşən iç-içə üç otaqdan ibarət olan saxlanc otaqlarına tərəf keçdiyini görüb. O da arvadının arxasınca ora gedib.
Saxlanc otağında Təһminəyə çataraq, onun əlində pərdə olduğunu görüb və һansı səbəbdən oraya gəldiyini soruşub. Təһminə Məmmədova “sən məni bezdirmisən özümü öldürəcəyəm” deyib.
Bunun eşidən Pərviz ona “gəl cəһənnəm ol çölə!” desə də, Təһminə Məmmədova onun sözlərinə məһəl qoymayaraq 3-cü saxlanc otağına keçib. O da Təһminənin arxasınca һəmin otağa daxil olub. Qadın özünü asmaq istəyən zaman Pərviz onunla mübahisə edib və onlar əlbəyaxa olublar.
Bu zaman o, Təhminəni öldürmək qərarına gəlib. Bu niyyətlə һəmin vaxt Təһminənin əlindəki ipi alaraq onun boğazına keçirib və onu boğaraq öldürüb.
Daha sonra Təhminəni otaqda asıb və sonra bayıra çıxaraq səs-küy salıb, Təһminənin özünü asaraq öldürməsini bildirib. Həyətdəki əkin saһəsində olan valideynlərini oraya çağırıb.
Amma istintaq zamanı məlum olub ki, Təhminə Məmmədova intihar etməyib. Onu Pərviz Məmmədov boğaraq öldürüb.
Pərviz Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mehdixan Abdullayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
“Uşağı beşiyin içində tək olduğunu gördüm”
Məhkəmədə ifadə verən Pərviz Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, aprelin 5-də arvadı Təhminə ilə mübahisə edib: “Atam Rəsul məni inəkləri otarmaq üçün bağa, Təhminəni isə evə göndərdi. Anam Minayə ilə bağlıq ərazidə inəkləri otaran zaman qonşuluqda yaşayan Vüqar Əliyev ilə öz çəpəri tərəfdən bizimlə təsərrüfat barədə söhbət etdik. Bu vaxt yanmızda olan 3 yaşlı oğlum Rəsul Vüqarın 8 yaşlı qızı Elyanəyə qoşularaq birlikdə yaşadığımız evin qarşısına getdilər. Sonra Vüqar və anam da getdi. Bağda təkbaşına işləyən zaman kiçik övladım Fəyyazın ağladığını eşidərək otağa getdim. Otağa daxil olanda Fəyyazın beşiyin içərisində tək olduğunu, otaqda başqa heç kimin olmadığını gördüm. Fəyyazı qucağıma alaraq sakitləşdirdim”.
“Arvadımın asılmış meyitini gördüm”
Pərviz Məmmədovun sözlərinə görə, azyaşlı övladını sakitləşdirəndən sonra arvadı Təhminəni axtarmağa başlayıb: “Həmin vaxt onların evinin qarşısında oynayan Elyanə və Rəsuldan Təhminəni görüb-görmədiklərini soruşdum. Onlar isə Təhminəni görmədiklərini bildirdilər. Qucağımda Fəyyaz, əlimdəki alışqanın işığını yandırdım və saxlanc otağı kimi istifadə etdiyimiz otağa daxil oldum. İşığı saxlanc otağına salanda girişdən sağ tərəf küncdə Təhminənin üzü divara vəziyyətdə dizi üstə durduğunu, boğazında isə dolaqlı vəziyyətdə pərdə olduğunu gördüm. Fəyyaz qucağımda ola-ola Təhminəni qucağıma alaraq qaldırmaq istədim. Lakin ona gücüm çatmadı. Fəyyazı yerə qoyaraq yenidən Təhminəni yuxarı qaldırdım. Təhminəni dizimin üstünə qaldıraraq onun boğazında olan pərdəni açmağa çalışdım. Sonra yerdə metal materialdan olan yanacaq qabı (konisder) olduğunu gördüm. Pərdənin düyünləndiyi yeri tapa bilmədiyim aça bilmədim”.
“Ürək masajı etsəm də, ayılmadı”
Təqsirləndirilən şəxs bildirib ki, sonra qışqıraraq atasıgili köməyə çağırıb: “Sonra ikinci dəfə pərdənin nisəbətən boşalmış yerindən iki düyünü açdım. Təhminənin boğazına 2-3 dəfə dolanmış pərdəni çıxardım. Təhminəni sürüyərək çölə çıxarmağa cəhd göstərsəm də, fiziki cəhətdən gücüm çatmadı. Tez həyətə qaçaraq valideynlərimi çağırdım. Həmin vaxt əkin sahəsində şitil sulayan valideynlərim səsimə gələrək mənimlə birlikdə hadisə olan otağa daxil olduq. Bu zaman səsimizə qonşuluqda yaşayan Bəsirə də gəldi. Təhminənin sifətini yusam da, o, tamamilə hərəkətsiz vəziyyətdə olub. Təhminəyə paltarların üstündən ürək masajı etsəm də, ayılmadı. Təhminənin bədən səthində olan qançır və sıyrıqların hansı şəraitdə yarandığını bilməmişəm. Öz əlimin üzərində olan xəsarətlər isə Təhminənin boğazındakı pərdəni açan zaman divardakı nahamar mişar daşlarına sürtülməsi nəticəsində yaranıb. Təhminəni həyətə çıxardıqdan sonra onun öldüyündən əmin olduq. Nə edəcəyimi bilmədiyimdən köynəyimin qabağını dartaraq cırdım. Hadisə yerindən aşkar edilərək götürülmüş 1 ədəd ot bağlamaq üçün istifadə edilən kəndirin oraya kim tərəfindən gətirildiyini, haradan götürüldüyünü bilməmişəm”.
“Arvadımı öldürməmişəm”
Pərviz Məmmədov bildirib ki, 7 iyun 2016-cı il tarixdə verdiyi ifadəsində polis işçiləri tərəfindən ona işgəncə və təsir olduğundan Təhminə Məmmədovanı boğaraq öldürüyünü göstərib: “Lakin əslində Təhminəni öldürməmişəm, onu saxlanc otağında asılı vəziyyətdə tapmışam. Günahım ondadır ki, Təhminəni özünü asdığı pərdədən çıxararaq ona yardım etmişəm”.
Məhkəmənin hökmü ilə Pərviz Məmmədov 12 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Bu hökmlə razılaşmayan Pərviz Məmmədov apelyasiya şikayəti verib.
O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə Pərviz Məmmədovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Hakim heyəti belə nəticəyə gəlib ki, Təhminə Məmmədova intihar etməyib, onu əri Pərviz Məmmədov öldürüb. Bu səbəbdən hakim heyəti Pərviz Məmmədovun şikayətini təmin etməyib. (publika.az)