Bakı Media Mərkəzinin binasının açılışında iştirak edən baş redaktorlardan açıqlamalar
Ötən həftə Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub. Mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər. Azərbaycanın media sahəsində yeni və innovativ şirkəti olan Bakı Media Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Şirkət ötən müddətdə istər dövlət qurumlarının, istərsə də ayrı-ayrı təşkilatların sifarişi üzrə ən müasir texnologiyalar əsasında çoxsaylı audio-videomateriallar hazırlayaraq təqdim edib, müxtəlif videoçarxlar hazırlayıb, tanınmış yayım şirkətlərinə materiallar ötürüb, Azərbaycanın gözəlliklərinin fotosalnaməsini yaradıb.
Məlumat verilib ki, bu qurumun inzibati binasının istifadəyə verilməsi ilə Bakı Media Mərkəzi fəaliyyətini daha da genişləndirəcək və təkmilləşdirəcək. Açılış mərasiminə toplaşan qonaqları salamlayan Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva dörd ildir fəaliyyət göstərən bu qurumun uğurlu irimiqyaslı layihələr həyata keçirdiyini bildirib.
İnformasiyanın ötürülməsində sosial medianın və internet resurslarının artan rolundan danışan Bakı Media Mərkəzinin direktoru Orman Əliyev bu qurumun Arzu Əliyevanın rəhbərliyi ilə ötən dörd il ərzində bir sıra maraqlı və yaddaşlarda qalan beynəlxalq miqyaslı layihələr həyata keçirdiyini qeyd etdi. O vurğuladı ki, Bakı Media Mərkəzində peşəkar komanda formalaşıb və onlar ən müasir avadanlıqlarla təmin ediliblər.
Bir sıra beynəlxalq müsabiqələrin mükafatlarına layiq görülən Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun sifarişi ilə maraqlı sənədli filmləri də tamaşaçıların ixtiyarına verib.
Orijinal üslubda inşa edilən Bakı Media Mərkəzinin binası iki il ərzində ərsəyə gəlib. Binada avadanlıqların nümayiş olunduğu və saxlanıldığı bazalar, foto və videoçəkiliş pavilyonları, işıq avadanlığı üçün xüsusi anbarlar yaradılıb. Mərkəzin montaj otaqları, səsyazma studiyaları və arxivi də müasir texnoloji avadanlıqla təmin edilib. Bakı Media Mərkəzinin həyətindəki qapalı depo xüsusi çəkiliş maşınları və avadanlıqları üçün nəzərdə tutulub.
Qeyd edək ki, binanın açılış mərasiminə Aynur Camalqızı və modern.az saytının baş redaktoru Elşad Eyvazlı da dəvətlilər sırasında olub. Hər baş redaktor “Yeni Müsavat”a təəssüratlarını bölüşüb.
“Teleqraf Media Qrupu”nun rəhbəri Aynur Camalqızı bildirdi ki, Bakı Media Mərkəzi ölkəmizin media sahəsində yeni və innovativ bir qurumdur: “Yanılmıramsa, artıq 4 ildir ki, fəaliyyətdədir. Bu şirkət az müddət ərzində həm ayrı-ayrı dövlət qurumlarının, həm qeyri-dövlət təşkilatlarının sifarişi ilə ən yüksək standartlara cavab verən çoxsaylı audio-videomateriallar hazırlayıb. Bir neçə sənədli film çəkilib: ”Əbədi ezamiyyət" və “Hədəf Bakıdır. Hitler neft ugrunda döyüşü necə uduzdu”. Həmin filmlər beynəlxalq müsabiqələrin mükafatını alıb. Peşəkarların əməyi ilə müxtəlif tanıtım videoçarxları hazırlanıb. Həmin əsərlər dünyaca məşhur yayım şirkətlərində yayımlanıb, Azərbaycanın gözəlliklərinin fotosalnaməsi yaradılıb. Bütün bunlar Azərbaycanın dünyaya təqdim olunması, tanıdılması baxımından çox önəmlidir. Mən tədbirdə öyrəndim ki, Bakı Media Mərkəzi 1-ci Avropa Oyunlarının, Bədii Gimnastika üzrə 30-cu Avropa çempionatının, Formula-1 yarışlarının, “Tour d’Azerbaidjan” turnirlərinin, IV İslam Həmrəyliyi Oyunlarının çəkiliş və yayımında yetərincə təcrübəli Avropa şirkətləri ilə birlikdə işləyib və açığı, belə bir maddi-texniki təchizatı, peşəkar kollektivi olan media qurumunun Azərbaycanda olmasına, beynəlxalq layihələrdə iştirakına çox sevindim. Amma maraqlıdır ki, bu şirkət öz fəaliyyətini heç vaxt qabartmayıb, “mən də varam, biz də varıq” iddiası gördüyünüz kimi, yoxdur, olmayıb. Mən o açılış mərasimində bunun çox sadə səbəbini anladım: bu, ona görədir ki, Bakı Media Mərkəzinə Arzu xanım Əliyeva rəhbərlik edir. Biz prezidentimizin övladlarını təmənnasız, ölkə üçün gördüyü böyük işlərə görə minnətdarlıq ummayan, hər zaman öz yüksək mədəniyyəti və həddən ziyadə sadə davranışları, vətənpərvərlikləri ilə tanıyırıq. Bu təbii ki, həm genetik kodlarla, həm də ailədə qazandıqları yüksək mənəvi keyfiyyətlərlə baglıdır və başqa cür ola da bilməzdi".
A.Camalqızı əlavə edib ki, sözügedən qurumun inzibati binasının istifadəyə verilməsi Bakı Media Mərkəzinin fəaliyyətini daha da genişləndirməyə xidmət edir: “Bu, həm də mədəniyyətimizə töhfədir. Bakı Media Mərkəzinin binasının foyesində qoyulan ”Dream" əsərini, sadəcə, görmək lazımdır. Bu əsər güclü ruhu olan qadın obrazını canlandırır. Daş plastikası üsulu ilə yaradılan əsərdə qədimlik, tarixilik və müasirlik vəhdət təşkil edir. Müəllifi rəssam Rəşad Mehdiyevdir. Mən binanın özünü də zərif, zövqlə inşa olunmuş, yüksək səviyyəli memarlıq nümuməsi sayıram. Öncə düşündüm ki, yəqin bu binanın memarı əcnəbidir. Çünki son illər bir sıra böyük memarlıq layihələri məhz əcnəbi mütəxəssislərin rəhbərliyi ilə araya-ərsəyə gəlib. Məsələn, dünya memarlıq inciləri ilə bir sırada dayanan Heydər Əliyev Mərkəzinin binası kimi. Bilirsiz ki, müəllifi Zaha Hadid idi. Sevindirici haldır ki, bu binanın memarı azərbaycanlıdır".
A.Camalqızı qeyd edib ki, açılış mərasimində jurnalistlər say etibarilə kifayət qədər idi: “Amma onların əksəriyyəti televiziya əməkdaşları, rəhbərləri, tanınmış aparıcılar idi. Onlayın, print mediadan yalnız mən və Elşad Eyvazlı təmsil olunurduq”.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı isə bildirdi ki, Bakı Media Mərkəzi Cənubi Qafqazda media ilə bağlı ən böyük, ən müasir texnologiyalarla təchiz olunmuş layihədir. Bu mərkəzin texniki imkanları o dərəcədə yüksəkdir ki, Avropanın öndə gedən dövlətlərindəki media layihələri ilə müqayisə oluna bilər. Ən yüksək səviyyədə filmlərin çəkilişi üçün lazım olan texniki avadanlıqlar Bakı Media Mərkəzindədir: “Bina azərbaycanlı memar tərəfindən işlənib. Binaya nəzər yetirdikdə görürsən ki, burada həm müasirlik, həm klassiklik əksini tapıb. Kadr məsələsinə gəldikdə, orada çalışanların əksəriyyəti azərbaycanlılardır. Professional komanda qurulub. Əminəm ki, bu cür yüksək potensial Bakı Media Mərkəzinin Azərbaycan mediasının daxildə və xaricdə inkişafına nail olacağına imkan yaradacaq. Azərbaycanda keçirilən böyük beynəlxalq mədəni, humanitar tədbirlərin, idman yarışlarının professional şəkildə dünyaya təqdim olunmasında Bakı Media Mərkəzinin çox böyük rolu var. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da Bakı Media Mərkəzi mühüm işlər görüb və şübhəsiz ki, bu fəaliyyət daha da genişlənəcək. Bu mərkəzin imkanlarından media təmsilçiləri yararlanmaq imkanına da malikdirlər. Hər kəs mərkəzin təcrübəsindən yararlana bilər”.