Erməni lider işğal edilmiş rayonların geri qaytarılmasından danışdı
Ölkənin yeni parlamentinin birinci iclasında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı Qarabağ münaqişəsinin nizama salınmasında erməni siyasi rəhbərliyinin irticaçı mövqeyini yenidən nümayiş etdirdi. Bir daha məlum oldu ki, S.Sarkisyan güzəştlərə hazır deyil. Bundan başqa, erməni prezidenti ATƏT-in Minsk Qrupunun himayəsi altında uzunmüddətli proseslərin və danışıqların gedişatında formalaşdırılmış sülh nizamlanmasının bütün əvvəlki prinsiplərini də rədd etdi.
S.Sarkisyanın sözlərinə görə, Qarabağın işğal zonasında separatçı mübarizə "yeganə doğru yoldur": "Bu gün, 1988-ci ildə olduğu kimi, öz müqəddəratını təyin etmək üçün mübarizə ən doğru yoldur. Artsax xalqının öz müqəddəratını təyin etmə hüququnu reallaşdırmasının və təhlükəsizliyinə zəmanət yaratmasının alternativi yoxdur. Bu mövqe danışıqlar prosesində də əks olunub".
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin indiyə qədər nizama salınmamasının günahkarı Ermənistan və ya beynəlxalq vasitəçilər deyil. Guya danışıqlar prosesində mövcud status-kvonun saxlanmasını dəstəkləyən və bunu gizlətməyən Azərbaycandır.
Ermənistan prezidenti, həmçinin, deyib ki, status-kvonun dəyişməsinin yolu Dağlıq Qarabağın müstəqilliyinin Azərbaycan tərəfindən tanınması və erməni xalqının öz müqəddəratının təyinindən keçir: "Azərbaycanın antierməni siyasətini neytrallaşdırmaq üçün beynəlxalq arenada daha fəal siyasət aparılmalıdır". Onun sözlərinə görə, bu, Azərbaycan tərəfindən daim təşəbbüs göstərilən bəyannamə və layihələrin sayının azaldılması üçün lazımdır.
O bildirib ki, aparılan sülh danışıqlarında vəziyyət fərqlidir və masanın üzərində Kazan prinsipləri var. Prezidentin bu açıqlamasını özünəməxsus şəkildə şərh edən erməni mediası bildirir ki, Sarkisyanın bu bəyanatı Ermənistanın Madrid prinsiplərindən imtina etdiyi anlamına gəlir.