
Virtualaz.org xəbər verir ki, Rafael Ağayev keçmişini xatırlayaraq deyib: “Utanmıram və açıq deyirəm: uşaqlıqda avtobusda konduktor işləyirdim. O zaman qəbul olunduğu kimi, “bir nizami” qışqırırdım”.
“İndi hər şey qaydasındadır. Evim var. Qardaşıma da ev almışam.., – idmançı bildirib. – Mən çox az sayda yaxın qohumumla əlaqə saxlayıram. Digərlərindən kənar gəzirəm. Xasiyyətim belədir. Çempion olmadığım vaxtlar qapımı döymürdülər”.