Türkiyədəki yarımerməni şirkəti “Emre Piliç”lə əməkdaşlıq qalmaqalı getdikcə böyüyür
Məşhur “Xəmsə” restoranı sahibi Mürvət Həsənlinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılması onun həbsi ilə nəticələnə bilər.
O, türk iş adamı Ömür Oral və onun türkiyəli vəkilinin Azərbaycanda hədələnməsi ilə bağlı araşdırma çərçivəsində saxlanılıb.
Ö.Oral DİN rəhbərliyinə müraciətində qeyd edib ki, vəkili ilə birgə Bakıya gələn zaman Hava Limanından yerləşəcəyi “Bulvar” hotelinə qədər Mürvət Həsənli tərəfindən təqib edilib.
Onu və vəkilini hədələyib. Təqib və təhdid bir neçə ay öncə baş verib, məsələyə Türkiyənin Azərbaycandakı səfirliyi və türk iş adamları qurumu da qarışıb.
İş adamının barəsində cinayət işi açılması və həbsi istisna edilmir. Lakin bu məsələdə maraqlı tərəflər olduğu üçün M.Həsənli ilə bağlı hansı qərar veriləcəyi qeyri-müəyyən qalır.
Aylardır Azərbaycanın quşçuluq müəssisələrinə damazlıq yumurta, cücə və toyuq əti satmış Türkiyənin “Emre Piliç” şirkəti ilə bağlı məsələ medianın gündəmindən düşmür.
Qalmaqalı böyüdən şirkətin rəsmi səhmdarları arasında 2 erməninin olmasıdır. Əks halda qardaş ölkədən yerli quşçuluq təsərrüfatlarına yumurta satılmasına nə qəbahət ola bilərdi ki?
Lakin vəkil Aslan İsmayılov məhz səhmdarları arasında ermənilərin olduğu bir şirkətə qahmar çıxmaq qərarı verib.
Erməni şirkətinin Azərbaycanla əməkdaşlığı üzə çıxdıqdan sonra bu şirkətin bəzi azərbaycanlı tərəfdaşları ilə borc üstündə məhkəmə çəkişməsinin də olduğu məlum olub.
Tutaq ki, azərbaycanlı iş adamı həqiqətən də yarıerməni şirkətinə olan borcunu ödəyə bilmir. Erməninin vəkilliyini etmək etmək Aslan İsmayılova qalıb?!
Ulus.Az xəbər verir ki, “Xəmsə” sahibi kifayət qədər əlaqələri və dayağı olan sahibkardır. Bu məsələdə onun haqlı olduğunu da hesab etmək olar.
Çünki şirkətdə erməni səhmdarlar olduğunu bildiyi üçün əməkdaşlığı dayandırıb. Ancaq qarşı tərəf əl çəkmir və borcunu tələb edir.
İşin qısa məğzi ondan ibarətdir ki, Ö.Oralın sahiblərindən olduğu “Emre Piliç” şirkəti “Siyəzən Broyler” ASC-yə damazlıq yumurta satıb.
Həmin yumurtaların pulları isə “Siyəzən Broyler” ASC tərəfindən uzun illər Ömür Oralın Azərbaycandakı nümayəndəsi olan “Xəmsə-M” MMC-nin rəhbəri Mürvət Həsənliyə verilib.
“Siyəzən Broyler” ASC tərəfindən 3,8 milyon ABŞ dolları M.Həsənliyə verilsə də, sonuncu “Emre Piliç” şirkətinə bu puldan cəmi 2,1 milyon ABŞ dollarını ödəyib, yerdə qalan 1,7 milyon dollarını isə verməyib.
Ö.Orala bildirib ki, “Siyəzən Broyler” ASC bu pulları ödəməkdən imtina edir. Ö.Oral deyib ki, bu yolla M.Həsənli “Emre Piliç” şirkətinə çatası təxminən 1,7 milyon ABŞ dollarını qanunsuz şəkildə ələ keçirib.