Azərbaycanda murdar və ölü at-eşşək satışı ilə bağlı həbslər başlanır
Ulus.Az-ın xəbərinə görə, əhaliyə murdar ət yedirən firmaların təftişi və barəsində cinayət işi açılması gözlənilir.
“Elba 999” MMC-nin ifşası ilə start götürən prosesin davamının gələcəyi bildirilir. Hüquq-mühafizə orqanları firmalarda, sexlərdə, istehsalat müəssisələrində araşdırmalar üçün hərəkətə keçir.
Eyni zamanda Standartlaşdırma, Meterologiya və Patent Komitəsi tərəfindən də yoxlamaların miqyasının genişləndirilməsi planlaşdırılır.
İddialara görə, xalqa murdar at-eşşək əti yedirən şəxslərin həbsi gerçəkləşə bilər. Azərbaycanda at və eşşək ətinin satışı qadağan olunmayıb. Lakin işbazlar xəstə, ölü, murdar olan at-eşşək ətlərini dönərxanalara, kolbasa şirkətlərinə sırıyır.
Ulus.Az-ın xəbərinə görə, məsələyə rəsmi səviyyədə də reaksiyalar var və dövlət tərəfindən nəzarətin gücləndirilməsi hədəflənib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, bu cür ətlərin satışı qadağan olunsa da, Cinayət Məcəlləsində hər hansı məsuliyyət nəzərdə tutulmayıb:
“Mən hesab edirəm ki, bu cür vəziyyətdən çıxış yolu kimi belə ətlərin satışına görə, cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Əgər Azərbaycanda at, eşşək əti yeyilmirsə, üstəlik bunların ölmüş ətləri satışa çıxarılırsa, cinayət işinin açılması mütləqdir”.
E.İbrahimov bildirib ki, təkliflər daxil olduğu halda, məsələyə müsbət cavab veriləcək:
“Bizə təklif daxil olarsa, məmnuniyyətlə, qəbul edərik. İnzibati Məcəllə və Cinayət Məcəlləsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən keçir. Mən vətəndaşlarımızla tamamilə razıyam.
Satışdakı ətlər bizim yediyimiz ətdən olmalıdır. Daha dana əti adı altında at-eşşək əti satılmamalıdır. At ətini dondurub istifadəyə verirlər. Bu kimi insanlara cəmiyyətdə yer olmamalıdır.
Bunları təkcə İnzibati Xətalar Məcəlləsi ilə cərimələmək yox, cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bunun üçün qanunvericilikdə dəyişiklik edilməlidir”.
Komitə sədrinin fikrincə, son vaxtlar bu cür ətlərin satışının artmasının səbəbləri çoxdur:
“Ətin mənşəyi bilinməlidir. Dana əti adı ilə insanlara at-eşşək əti satmaq olmaz. Alverçinin xalqı, vətəni yoxdur?
Necə yəni mən pulumu verim, sən mənə murdar ət sat. Bunu edən işbazlar oğrular, tüfeylilərdir. Onlara başqa ad vermək olmaz”.