Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində respublikamızın cənub bölgəsinə yola salınıblar

Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində respublikamızın cənub bölgəsinə yola salınıblar 16 mart 2017-ci il tarixində Heydər Əliyev Mərkəzinin qarşısında ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi çərçivəsində Nərimanov rayonun məktəblilərindən ibarət qrup Naxçıvan Muxtar Respublikasına yola salındılar.

Yolasalma mərasimdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova və İlqar Mirzəyev, YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, müəllimlər, valideynlər, məktəblilər və bir qrup fəal gənc iştirak ediblər.

Qeyd edək ki, Məktəblilər tur zamanı Naxçıvanın tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, Bayraq meydanları, gənclər mərkəzləri, rəsm qalereyaları, həmçinin tarix-diyarşünaslıq muzeylərinə və digər obyektlərə baxış keçirəcəklər.

Daha sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusla hava limanına yola düşdülər.


Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində respublikamızın cənub bölgəsinə yola salınıblar
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində respublikamızın cənub bölgəsinə yola salınıblar

Oxşar xəbərlər