Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində respublikamızın cənub bölgəsinə yola salınıblar

Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində respublikamızın cənub bölgəsinə yola salınıblar Nərimanov Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi çərçivəsində 17 noyabr 2016-cı il tarixində Nərimanov rayonun məktəblilərindən ibarət qrup respublikamızın cənub bölqəsinə yola salındılar.

Yolasalma mərasimdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, məktəb direktorları, valideynlər, məktəblilər və bir qrup fəal gənc iştirak ediblər.

İlk öncə rayon rəhbərliyi və məktəblilər Nərimanov Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov qeyd etmişdir ki, bu gəzintilər ölkəmizin tarixini dərindən öyrətməklə yanaşı, gənclərimizə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacağını bildirmiş, məktəblilərə uğurlar arzulamışdır.

Sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısın müavini İlqar Mirzəyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və valideynlər bildiriblər ki, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar təşkil edilən bu aksiya şagirdlər üçün tariximizi, mədəniyyətimizi öyrənmək baxımından gözəl fürsətdir. Natiqlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar.

Daha sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusla yola düşdülər.

Qeyd edək ki, tur-aksiya 17-20 noyabr 2016-cı il tarixlərində Lənkəran, Masallı, Astara şəhər və rayonlarını əhatə edəcəkdir.

Oxşar xəbərlər