Nərimanov rayonunda “Əsrin müqaviləsinin” 22 illiyinə həsr edilmiş məktəblilər arasında esse yarışının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Nərimanov rayonunda “Əsrin müqaviləsinin” 22 illiyinə həsr edilmiş məktəblilər arasında esse yarışının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib 23 sentyabr 2016-cı il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında “Əsrin müqaviləsinin” 22 illiyinə həsr edilmiş məktəblilər arasında esse yarışının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Asəf Cabbarlı, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərin müəllim və şagird heyəti iştirak etmişdi.

Mükafatlandırma mərasimini giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbir iştirakçılarını salamladı, qalib gəlmiş şagirdləri təbrik etdi və vurğulayıb ki, "Əsrin müqaviləsi" Azərbaycanın həm siyasi, həm də iqtisadi həyatında mühüm rol oynayıb: “Bu müqavilənin Azərbaycan tarixində istər iqtisadi, istərsə də siyasi aspektdə əhəmiyyəti olduqca böyükdür. Məhz, bu müqavilənin imzalanması ilə Azərbaycan qısa zaman kəsiyində iqtisadi inkişaf yoluna qədəm qoydu, ölkəmizə xarici investisiyalar cəlb edildi, beynəlxalq arenada ölkəmizin nüfuzu artdı”.

Sonra “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova və “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Asəf Cabbarlı çıxış edərək bildiriblər ki, 18 oktyabr 1991-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq müqavilələr imzalayıb, amma “Əsrin müqaviləsi”nin imzalanması məhz Azərbaycan iqtisadiyyatını irəliyə doğru aparan amillərdən biri oldu: “Azərbaycan iqtisadiyyatının dirçəldilməsində bu kontraktın böyük əhəmiyyəti var. Eyni zamanda, bu kontraktın imzalanmasından sonra ölkəmizin iqtisadi-siyasi mövqeyi və beynəlxalq aləmdə daha da güclənməsi təmin edildi. Bir amili də nəzərə almaq lazımdır ki, “Əsrin müqaviləsi” ölkənin tək iqtisadi perspektivini həll etmədi. Eyni zamanda, siyasi arenada da Azərbaycanın iqtisadi əsaslara söykənən bir dövlət kimi, mövqeyini sübuta yetirdi”.

Daha sonra esse yarışında fərqlənmiş və qalib gəlmiş şagirdlər İdarə tərəfindən müxtəlif dərəcəli diplom və hədiyyələr ilə təltif olunublar.

Oxşar xəbərlər