Sərdar Cəlaloğlu: “Əmək haqlarının artırılması formaldır və mövcud reallığı əks etdirmir”
“Azərbaycanda insanlar sürətlə yoxsullaşmaqda davam edir”.
Bunu moderator.az -a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədrinin sözlərinə görə, ara-sıra maaş və pensiyalara edilən artım o qədər cüzidir ki, insanların sosial durumunu real şəkildə yaxşılaşdırmağa imkan vermir:
“Ölkədə ara-sıra əmək haqları və pensiyalara edilən artım formal xarakter daşıyır. Bu artım o qədər cüzi olur ki, bunu ölkə vətəndaşı öz yaşamında faktiki olaraq hiss edə bilmir. Azərbaycan manatı dollara nisbətdə dəfələrlə ucuzlaşıb. Amma pensiya və əmək haqlarına edilən artım 3-5%-dən çox deyil. Bu isə insanlara reallıqla ayaqlaşmağa imkan vermir.Halbuki, qonşu Türkiyədə hökumət bu kimi məsələlərə olduqca həssas yanaşır və orada pensiya və əmək haqlarına edilən artım türk pulunun dollara münasibətindəki dəyişikliyi dəqiq əks etdirir. Azərbaycanda isə bu baş vermədiyi üçün iqtisadi-sosial böhranın əsas yükü sadə vətəndaşın üzərinə düşür”.