Ermənistana sığınan xain haqqında yeni - İlginc açıqlamalar

Ermənistana sığınan xain haqqında yeni - İlginc açıqlamalar Ermənistandan “müvəqqəti sığınacaq” alan Azərbaycan vətəndaşı Şahin Mirzəyev ətrafında qurulmuş şou davam etdirilir

İşğalçı ölkənin təbliğat orqanları vaxtaşırı İrəvana qaçmış xain azərbaycanlının açıqlamalarına yer ayıraraq Azərbaycanda etnik zəmində təfriqə yaratmağa cəhd göstərirlər.

Ancaq düşmən ölkənin cəhdləri əbəsdir. Əvvəla, ona görə ki, Azərbaycanda tarixən bütün millətlərin nümayəndələri rahat yaşayıblar, heç bir etnik zəmində diskriminasiyaya məruz qalmayıblar. Hətta ermənilər belə, bu gün Ermənistandakı təqiblərdən yaxa qurtarmaq üçün Azərbaycana üz tutursa, Bakıda 30 min erməni rahat yaşayırsa, düşmən ölkə hakimiyyətinin cəhdləri boşunadır. Digər tərəfdən, Ş.Mirzəyevin 92 yaşlı atası da “Yeni Müsavat”a təsdiqləyib ki, o, talış deyil, Lerikin türklər-azərbaycanlılar yaşayan Kəlvəz kəndindəndir. Kəndin icra nümayəndəsi isə deyib ki Ş.Mirzəyevin rəhmətlik anası talışların kompakt yaşadığı başqa bir kənddəndir. Ancaq bu, bir faktdır ki, yəhudiləri çıxmaq şərtilə, bütün dünyada, o cümlədən Azərbaycanda milli kimlik ata vasitəsilə müəyyən edilir. Deməli, düşmənin Ş.Mirzəyevi “talış” kimi təqdim edib talış millətindən olanların heysiyyəti ilə oynamaq cəhdi mənasızdır. Ş.Mirzəyev erməni kəşfiyyatının hazır mətnlərini oxuyub “Ermənistan və ermənilər heç vaxt talışlarla düşmən olmayıb və heç nə üstündə vuruşmurlar. Talışların ermənilərlə sərhədi yoxdur. Və bizim də onlarla böləcək heç nəyimiz yoxdur” kimi saxta fikirlər səsləndirməklə Azərbaycanda milliyyətindən asılı olmayaraq, bütün Qarabağ şəhidlərinin ruhunu təhqir etmiş olub. Azərbaycanın cənub bölgəsində yaşayanlar, Ş.Mirzəyevi şəxsən tanıyanlar da onun bu hərəkətlərini yalnız nifrətlə qarşılayıblar.

Müsavat Partiyası Masallı rayon təşkilatının sədri Xasay Fərzulla “Yeni Müsavat”a açıqlamasında Ş.Mirzəyevi yaxşı tanıdığını dedi: “Onunla Müsavat Partiyasının qurultayı ərəfəsində də görüşmüşdüm. Hətta qurultaydan sonra Məclisə namizədliyini vermək istəyirdi. Sonra araşdırıldı ki, o, 2013-cü ildə partiyadan məhz təxribatçı fikirlərinə görə xaric olunub. Hətta onun üzv olduğu Bakı Nizami rayon təşkilatının sədri Nizaməddin bəy də şəxsən mənim yanımda bir dəfə demişdi ki, ”get burdan, sən təxribatçısan"".

Xasay bəy Ş.Mirzəyevin talış olmadığını da vurğuladı: “Mənim bildiyimə görə, onun atası talış deyil və azərbaycanlıların yaşadığı kənddə anadan olub. Yəqin talış dilində danışmağı da sonradan öyrənib. Görünür, bugünkü durumda ona talış dili lazım olub. Vaxtilə Ələkrəm Hümbətov da talış dilindən öz məqsədləri üçün bəhrələnmişdi. Ola bilsin, talış dili Şahin Mirzəyevə manevr etmək və öz addımına don geyindirmək üçün lazım olub. Azərbaycanda ”talışlara basqı olması" barədə onun iddiaları tam əsassızdır. Hətta bu adam Müsavat Partiyasının üzvü olanda da buna bənzər iddialar söyləyirdi. Deyirdi ki, partiyada talışlara qarşı ayrı-seçkilik var. Belə çıxışlar edəndə mən qayıtdım ki, sənin başın işləyir, ya yox? Onun dedikləri tamamilə əsassızdır. Çünki cənub bölgəsində bizim partiyanın rayon təşkilatları fəaliyyət göstərir və təşkilatların tərkibində xeyli talış var".

X.Fərzulla Ş.Mirzəyevin Ermənistana sığınmasını səbəbsiz saymır: “Onun işğalçı ölkəyə getməsi təsadüfi deyil. O, hansısa xarici ölkə tərəfindən ələ alınıb. Əgər sosial vəziyyətinin ağırlığı ilə əlaqədar ölkəni tərk etmək istəsəydi, Avropa ölkələrinə gedərdi. Hər kəs bilir ki, Ermənistan özü də iqtisadi cəhətdən ağır durumda olan ölkədir. Sadəcə, onun Ermənistanı seçməsi Azərbaycanın imicinə zərbə vurmaq niyyəti güdür və plan erməni kəşfiyyatına və digər xarici ölkələrə məxsusdur. Onun addımları Ermənistanın maraqlarına xidmət etmək, separatizmi körükləmək, talış və türklər arasında nifaq salmaqdan ibarətdir. Bu da erməni layihəsidir, üstəlik, başqa xarici ölkələrin də marağında ola bilər. Onun fəaliyyəti talış xalqının adına ləkədir, talışların verdiyi şəhidlərin ruhuna təhqirdir”.

X.Fərzulla Ş.Mirzəyevin Ermənistandakı çıxışlarında adını çəkdiyi İsmayıl Şabanovla bağlı da ilginc məlumat verdi: “İsmayıl Şabanov ”Talış" Cəmiyyətinin sədridir. “İlana zəhər verən kərtənkələ” odur. Başqa bir separatçı Zabil Məhərrəmov var, hazırda İrəvandadır, orda “Talış TV”də veriliş aparır. O da Şabanovun yetirməsidir. Burada Rusiya faktoru var. Azərbaycan haqqında artıq-əskik sözlər çox işlədir. Bu gün Azərbaycanda talış, türk, ləzgi problemi yoxdur və bütün bu cəhdlər mənasızdır".

Lerik Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Cəlil Baxşıyev isə dedi ki, əslində Ş.Mirzəyevi talışlara və ya Lerikə bağlayan hər hansı tel yoxdur: “O, 1975-ci ildə Kəlvəzdən Bakıya köçüb. Təhsili də yoxdur, orta təhsilli adamdır. Uzun müddət Rusiyada yaşayıb. İlk evliliyi pozulandan sonra Çeçenistanda ikinci dəfə çeçen milliyyətindən olan xanımla evlənib. Birinci arvadı Lerikdən idi, gözəl də ailəsi var idi, amma atıb getmişdi. İkinci arvadını da boşayıb, bir qızı var. Qızını isə götürüb Bakıya gəlib, üçüncü dəfə burada evlənib. Adam öldürdüyünə görə Rusiyada 10 ilə yaxın həbsdə yatıb. Azərbaycanda da oğurluq üstə həbs olunub”.

İcra başçısının müavini onu da dedi ki, Lerik camaatı bu xəbərdən çox hiddətlənib: “Hamımız Azərbaycan vətəndaşıyıq. Özü də o talış deyil, talış dilində də bir kəlmə bilmir”.(musavat.com)

Oxşar xəbərlər