"Təzadlar" qəzeti “Bahar Enerji” Əməliyyat Şirkətində baş verən özbaşınalıqlarla bağlı bir qrup işçi tərəfindən Prezident İlham Əliyevə ünvanlı müraciəti təqdim edir:
Hörmətli cənab Prezident!
Biz, “Bahar Enerji” Əməliyyat Şirkətinin bir qrup qocaman neft işçisi, geoloqu, fəhləsi, elektriki, sürücüsü, mexaniki və digər neft peşə sahibləri Şirkətdə baş verən ozbaşınalıqların davam olunması barədə nəzərinizə təkrarən catdırmaq istəyirik və qanunsuzluqlardan bizi qorumağı Sizdən xahiş edirik. Bildiririk ki, şirkətdə qanunsuzluqlar davam edir, neft-qaz üzrə təhsili olmayan Kommersiya üzrə Vitse-Prezident vəzifəsində tərcüməçi olan və natamam təhsilli Əməliyat üzrə Vitse- Prezident şəxslər bizlərə rəhbərlik edir. “Yaramaz mafiya” birləşməsi şirkətdə öz maraqlarını həyata keçirir və rüşfətxorluqla məşqul olurlar. Beləki “İLKİN” MMC uzun müddətdir ki, müqavilə əsasinda, faktiki isə lazım oldu olmadı avadanlıq və podratçı şirkətinin təcrübəsiz personalını cəlb etməklə özünə pul faizləri gazanır, bizi, bu sahələrin təcrübəli işçilərini işdən çıxarmaqla qorxuzurlar. Belə vəziyyətdə neftin çıxarılmasından söhbət belə gedə bilməz.
Bizim əmək haqları maliyyə böhranı və Bahar Enerjı Sirkətinin ağır maliyyə vəziyyəti olduğu adı altında təcrübəli neft sənayesinin işçilərini işdən azad edirlər, lakin aşağıda adları göstərilən şəxslərin və onların yaxın adamlarının aylıq maaşı 8-9 min manatdan başlayaraq 30 min manata qədərdi. Bundan başqa onlar işə gəlib-getmək üçün şirkət tərəfindən kirayə götürülmüş "Toyota Land Cruser" lyuks avtomobillər üçün ayda 1500 manat və yanacaq pulu köçürdürlər, qohum-əqrabalarının əmək haqlarını bonuslar hesabına artırırlar.
Bu ilin yanvar ayından başlayaraq bizi işdən çıxarmaqla hədələyirlər. Hazırki böhran dövründə işsiz qalıb uşaqlarımızı və ailəmizi saxlamaq barədə düşünürük və bu halların təkrar baş verməsi bizi susdura bilməz. Bizim banklara kredit borclarımız var və biz bu krediti götürəndə əmək haqqımızı nəzərə almışdıq. Bu şəxslər Azərbaycan hökümətini və Dövlət Neft Şirkətini aldatmağa davam edirlər. Belə ki, şirkətin keçmiş Əməliyyat üzrə Vitse Prezidenti Deyl Makfaden öz vəzifəsindən kənarlaşdırılsa da, hələ də bu vəzifədə çalışmağa davam edir. Niyə, məhz onlar deyil, bizlər bu böhranın təsirinə düşürük? Onlara bu böhran niyə təsir etmir? Demək araşdırılmalı işlər hələ də çoxdur. Bunlar qanunsuzluqların hələ bir hissəsidir.
Hörmətli cənab Prezident!
Hal-hazırda Bahar Enerji şirkətində keçmişdə Əməliyyat üzrə Vitse- Prezident olmuş Amerika vətandaşı Deyl Makfaden Bahara rəhbərlik etməyə davam edir. Əvvəlki müraciətimizdə qeyd etdiyimiz kimi həmin şəxsin Azərbaycanda işləməsi üçün Xarici Vətəndaşların Azərbaycanda qalmaq izni və iş icazəsi yoxdur. O, müvəqqəti olaraq iş icazəsini saxta diplomla əldə etmişdir. Əldə etdiyimiz Facebook səhifəsindəki məlumata əsasən həmin şəxs Amerikada Belford Universitetini neft mühəndisi ixtisası üzrə bitirib. Araşdırdıqdan sonra bəlli oldu ki, həmin mövcud olmayan Universitetdə oxumağa ehtiyac yoxdur, onlayn yolla 150 dollar ödəməklə Universitet adından diplom əldə etmək olur. Bəs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti bu qanun pozuntularına niyə barmaqarası baxır? Bu şəxsin neftdən anlayışı olmaması səbəbindən neftin hasilatı bərbad vəziyyətdədir. Neft quyularının əsaslı təmiri zamanı 90 faizində qəzalar baş verir, ona görə ki Deyl Makfaden şirkətin təcrübəli neftçilərini işdən çıxarır. Güman edirik ki, həmin şəxsin əməllərinə müvafiq orqanlar gec tez nəzər yetirib bizə dəstək olacaqlar.
Şirkətdə Kommersiya üzrə vitse-prezident vəzifəsində işləyən Rahib Mustafayev Deyl Makfaden tərəfindən tərcüməçi kimi işə gətirilmişdir, şirkətə öz qohum-əqrabalarını, dostlarını toplayıb. Keçmiş təcrübəsi tərcüməçi olan fərd “Bahar Enerjı” Əməliyyat Şirkətinin təchizat və maliyyə işlərini idarə edir, onun xoşuna qəlməyən işçilərin işdən azad edilməsi üçün “qara siyahı” hazırlayır. Bu siyahının heç bir kriteriyası göstərilmir, yalnız şəxsi münasibətdən asılıdır. Bununla bərabər, o, şirkətdə qanunsuz qazancla, podratçı şirkətlərdən faiz almaqla məşğuldur və şirkətə öz qohum-əqrabalarını, dostlarını, hətta vəhabi dini təriqətin nümayəndələrini toplayıb. Şirkətdə Əməliyyat üzrə Vitse-Prezidentinin, yəni Deyl Makfadenin müavini Əlisgəndər Qurbanzadə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəhman Qurbanovun qardaşı oğludur. O, bu nüfuzdan istifadə edərək şirkətdə baş verən qanunsuzluqlara dəstək verir. Ona ünvanladığımız şikayətlərimiz isə həmişəki kimi cavabsız qalır, ondan şiakayət etdikdə isə “Mənim əmim "Socar"ın vitse-prezidentidir, siz mənə hec nə edə bilməzsiniz…” deyə cavab verir.
Təəssüflər olsun ki, şirkətin rəhbəri Amerika vətandaşı Norman Bensonun bunlardan hələ də xəbəri yoxdur. Və biz ona bunları deməyə və sübüt eməyə qorxuruq, çünki Deyl və Rahib onu da öz təsiri altına çox salıblar. Biz gecəmizi gündüzümüzə qatanda Əlisgəndər Qurbanzadə, Deyl və Rahib savadsız qərarları ilə neft sisteminin bərbad vəziyyətə salınmasını davam edirlər. Bizim Əlisgəndər Qurbanzadə-nın əmisi kimi dayağımız yoxdur, lakin biz ilk öncə ölkə başçısı cənab İlham Əliyevi və ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayevi özümüzə həmişə dayaq və yanımızda olan lider sayırıq. Biz iş yerlərimizi itirməkdən qorxuruq, bəs nə qədər belə ozbaşınalıqlara dözməliyik? Bahar Enerjı Sirkətinin Həmkarlar İttifaqında hazırda sadəcə Rahib Mustafayevin və onun ətrafındakılarının sözü ilə hərəkət edən bir dəstə var. Həmkarlar İttifaqının sədrinin müavini Fərid İlyasov isə Rahibin ən yaxın adamıdır.
Cənab Prezident, bizi himayənizə alın, bir daha da xahiş edirik komissiya göndərib, şirkətdə ciddi araşdırma aparsınlar, ozbaşınalıqlara son qoyulsun. Biz Sizə inanırıq və bilirik ki, Sizin müdaxilənizdən sonra qanunsuz hərəkətlərin qarşısı alinacaq.
Böyük ümid və sayğılarla "Bahar Enerjı" şirkətinin işçiləri.
Qarşı tərəfi də dinləməyə hazırıq.