Astara rayonunun Əzərüd kəndindən olan Milli Ordumuzun şəhid giziri Pəncəli Nurməmməd oğlu Teymurovun ailəsi narazıdır.
Bu haqda AZXEBER.COM-a şəhidin qardaşı Famil Teymurov şikayət ünvanlayıb.
O qeyd edib ki, qardaşına milli qəhrəman adı söz verilsə də, sonradan "Vətən uğrunda” medalı təqdim edilib: "Qardaşım şəhid olandan sonra general Hikmət Mirzəyev bizə gəldi və onun döyüşdə göstərdiyi qəhrəmanlıqlardan danışdı. Bizə dedi ki, Pəncəli sizin bildiyinizdən 10 qat çox iş görüb. General həmçinin bizə söz verdi ki, ona "Milli Qəhrəman" adı veriləcək. Çünki onunla eyni yerdə 3 döyüşən Murad Mirzəyev və Samit İmanov qardaşlarımız Milli Qəhrəman adı aldılar. Ancaq mənim qardaşıma bu ad verilmədi. Pəncəli 17 il idi ki, orduumuzda xidmət edirdi, o hər zaman vətən uğrunda şəhid olmağı arzulayırdı. Ailəsi olaraq bizim xahişimiz odur ki, ona layiq olduğu Milli Qəhrəman adı verilsin".
Qardaşı həmçinin onu deyib ki, Pəncəlinin yaşlı ata, anasının da tək istəyi oğullarına layiq olduğu qiymətin verilməsidir: "Biz heç kimdən narazı deyilik. İnanın səmimiyətimə ki, o addan heç bir təmənnamız da yoxdur. Sadəcə yaşlı atam, anam da istəyir ki, Vətənini öz canı qədər sevən Pəncəliyə Milli Qəhrəman adı verilsin. Həm də general bizə söz vermişdi ki, belə olacaq. Sizdən xahiş edirəm ki, bu məsələni ictimailəşdirəsiz. Əminəm ki. Ali Baş Komandan, Cənab Prezident bu məsələdən xəbərdar olsa, Pəncəliyə layiq olduğu qiymət veriləcək"
Qardaşı həmçinin onu da qeyd edib ki, Pəncəli 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən "İgidliyinə görə" ordeni ilə təltif edilib.
Famil Teymurov deyib ki, çıxış yolu qalmadığına görə mətbuata müraciət edib: "Mən belə məsələnin gündəmə gəlməsini istəməzdim. Ancaq başqa çıxış yolumuz qalmayıb. Hara müraciət edirəmsə, neqativ cavab alıram"
Xatırladaq ki, Pəncəli Teymurov 24 mart 1981-ci ildə Astara rayonu Əzərüd kəndində anadan olmuşdur. O, 1986-cı ildə Əzərüd kənd ibtidai məktəbinnin hazırlıq sinfinə daxil olmuş 1991-ci ildə IV sinifi bitirmiş və həmin ildə Asxanakəran kənd tam orta məktəbinin V sinfinə daxil olaraq 1998-ci ildə həmin məktəbin XI sinfini yaxşı qiymətlərlə bitirmişdir.
1999-cu ilin aprelində hərbi xidmətə getmiş və Ağdamda yerləşən N saylı hərbi hissədə kəşfiyyatçı kimi qulluq etmişdir. 1999-cu ildə Xüsusi təyinatlı Qüvvələr yaradılanda hərbi hissələrə baxış zamanı diqqəti cəlb etmiş və könüllü olaraq 052 saylı Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat qrupuna yazılmışdır. O, həm Bakıda gizir məktəbini (TTM) və həm də Türkiyənin Xüsusi kəşfiyyat məktəbində oxuyaraq çoxlu sayda proqrqmları mənimsəmiş və həm hava desantı qrupu həm də dəniz əməliyyatlarını aparmaq üsullarını yüksək səviyyədə mənimsəmişdir.
Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyi 17 il ərzində özünü çox bacarıqlı bir kəşfiyyatçı kimi göstərmişdir. O, dəfələrlə düşmən arxasına keçərək xüsusi tapşırıqları icra etmiş, yüzlərlə ermənini öldürmüşdü. Dövlət tərəfindən çoxsaylı medallarla təltif olunmuşdur.
1. "İgidliyə görə” medalı – 24iyun 2015-ci il 1294 nömrəli sərəncamı ilə
2. Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla 17 fevral 2015-ci il
3. Qüsursuz xidmətə görə 2-ci dərəcəli medalla 2 iyul 2014-cü il
4. Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalla 26 iyun 2010-cu il
5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi yubiley medalı 25 iyun 2007-ci il
6. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi 24 iyun 2013-cü il
7. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi 26 iyun 2008-ci il
8. Türkiyə Cümhuriyyətin Xüsusi Təyinaylı Qüvvələrin Qızıl Bayraq medalı 20 yanvar 2014-cü il
Bundan əlavə xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin rəhbərliyi tərəfindən 8 Fəxri Fərman, Türkiyə Cümhuriyyəti Xüsusi Təyinaylı Qüvvələri tərəfindən xüsusi tərifnamə ilə təltif edilmişdir.
Pəncəli Teymurov 01 aprel 2016-cı il tarixdə Murad Mirzəyevin başçılıq etdiyi xüsusi kəşfiyyat diversiya qrupunun tərkibində Talış yüksəkliyinin alınmasında xüsusi qəhrəmanlıq göstərmiş, sonra düşmənin içərisinə gedərək qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il19 aprel tarixli 1967 nömrəli sərəncamı ilə ölümündən sunra "Vətən uğrunda” medalı ilə təltif edilmişdir.