Yanvarın 19-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANV.az-a verilən məlumata görə, müşavirəni açan nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işləri, uğurla davam etdirilən hüquq-mühafizə siyasəti, bununla əlaqədar nazirlik tərəfindən icraya yönəldilən əmr və göstərişlər hesabat dövründə paytaxt polisinin fəaliyyətinə də müsbət təsir göstərib. Ötən il Bakı, eləcə də ayrı-ayrı rayonlar üzrə əməliyyat şəraiti kompleks təhlil edilib, cinayətkarlığın dinamikasında əsas təmayüllərin, mənfi proseslərin və dəyişikliklərin öyrənilməsi əsasında qarşılıqlı əlaqələrin təkmilləşməsinə, əməliyyat-xidməti fəaliyyətin səmərəsinin artırılmasına dair təkliflər hazırlanaraq icraya yönəldilib.
Bildirilib ki, beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən Formula-1 Avropa Qran-Pri yarışlarında asayişin mühafizəsi daha da gücləndirilib. Mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər həyata keçirilib.
Sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər istiqamətlərində həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
M.Seyidov məlumat verib ki, ötən il paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 11 min 940 cinayət qeydə alınıb. Onların 83,2 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 16,8 faizi isə ağır və xüsusilə ağır növlər olub. 2015-ci illə müqayisədə qəsdən adam öldürmələr 12,7 faiz, adam öldürməyə cəhdlər 10 faiz, yol-nəqliyyat hadisələrinin sayı 14,2 faiz, həlak olanların sayı 16,2 faiz, xəsarət alanların sayı isə 18,7 faiz azalıb.
Cinayətlərin 75,9 faizinin, ağır növlərinin 76,5 faizinin, qeyri-aşkar şəraitdə baş verənlərin 64,4 faizinin, şəxsiyyət əleyhinə olan 1709 cinayətin 95 faizinin, o cümlədən qəsdən adam öldürmələrin 94,6 faizinin, adam öldürməyə cəhdlərin isə hamısının açılması təmin olunub.
Müqayisə edilən dövrə nisbətən ümumi cinayətlərin açılması 0,7 faiz, şəxsiyyət əleyhinə olanların açılması 1 faiz, o cümlədən adam öldürməyə cəhdlərin açılması 3,3 faiz yaxşılaşıb. Bu göstərici qəsdən sağlamlığa az ağır zərər vurmalar üzrə 0,5 faiz, mülkiyyət əleyhinə olan cinayətlərdə 2,6 faiz, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqlarında 27,1 faiz, mənzillərdən edilən oğurluqlarda 6 faiz, mal-qara oğurluğunda 22,9 faiz, soyğunçuluqda 13,2 faiz, quldurluqda 12,9 faiz, hədə-qorxu ilə tələb etmələrdə isə 6,7 faiz olub.
Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının "Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 3947 hadisə aşkarlanıb. Kameraların arxiv görüntülərindən istifadə edilməsi nəticəsində 380 bağlı cinayət açılıb.
Təqsirləndirilən şəxs qismində axtarışda olanların 75,8 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60,8 faizi tutulub. Bununla yanaşı, 77 soyğunçuluq və quldurluq cinayəti törətmiş 137 nəfərdən ibarət 67 qrup, eləcə də mənzillərdən 303 oğurluq törətmiş 164 nəfərdən ibarət 64 cinayətkar qrup ifşa olunub. Qanunsuz dövriyyədən 269 kiloqramdan çox narkotik vasitə çıxarılıb. Hesabat dövründə 138 odlu silah, 10 qumbara, 9125 döyüş patronu yığılıb. Əməliyyat yolu ilə qanunsuz saxlanılan və gəzdirilən 61 odlu silah götürülüb.
Bildirilib ki, paytaxtın polis orqanlarının istintaq qurumları tərəfindən istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 66,6 faizi ödətdirilib.
Yol hərəkətinə nəzarət prosesində 11,6 faiz az və ya 775 min 5, o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 576 min 380, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 8290, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 4269 inzibati xəta aşkarlanıb. Habelə 69 avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.
Məruzəçi deyib ki, vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi il ərzində ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 39 min 674 ərizə və müraciət daxil olub, 1805 vətəndaş qəbul edilib.
Baş İdarənin rəisi, eyni zamanda, xidməti fəaliyyətdə mövcud nöqsanlara da toxunaraq, onların aradan qaldırılması ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.
Məruzə ətrafında çıxış edənlər əldə olunmuş müsbət nəticələrdən, həmçinin yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün görəcəkləri tədbirlərdən danışıblar.
Müşavirəyə yekun vuran nazir 2016-cı ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib.
Ramil Usubov Baş İdarənin və onun struktur qurumlarının rəislərindən əməliyyat-profilaktik işin səmərəliyinin artırılmasını, сinayətlərin qarşısının alınmasında, bağlı qalmış сinayətlərin açılmasında aşağı göstəriсiləri olan ərazi polis orqanlarına əməli köməklik göstərilməsini, istintaqın fəaliyyətinin hərtərəfli yaxşılaşdırılmasını, Bakı şəhəri üzrə qeydə alınmış cinayətlərin böyük əksəriyyətinin mülkiyyət əleyhinə olması baxımından gələcəkdə bu sahədə daha effektli tədbirlərin görülməsini, narkotik vasitələrin və psixotrop maddələrin, xüsusən onların güclü təsirə malik növlərinin qeyri-leqal dövriyyəsinə qarşı mübarizənin güсləndirilməsini, qanunsuz saxlanılan silahların əməliyyat yolu ilə yığılmasını tələb edib.
Diqqətə çatdırılıb ki, fəaliyyətin təkmilləşdirilməsinə, analitik işin, idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsinə yüksəldilməsinə, icra və xidməti intizamın daha da möhkəmləndirilməsinə yönəlmiş tədbirlər ciddi nəzarətdə saxlanılmalı və cari il ərzində də daha səmərəli şəkildə davam etdirilməlidir.
Xüsusi qeyd olunub ki, əməkdaşlar şərəfli polis adını, dövlətin və vətəndaşların mənafelərini daim uca tutmalı, etik davranış qaydalarına ciddi riayət etməlidirlər. Onların fəaliyyətində başlıca məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi olmalıdır.
Daxili işlər naziri əmin olduğunu bildirib ki, Bakı şəhər polis orqanlarının şəxsi heyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.